Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı – 16 mart 2025, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası P

Ənvər Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Ənvər Həsənov

Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı – 16 mart 2025, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Ənvər Həsənov
Doğum tarixi 17 avqust 1950(1950-08-17)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 mart 2025(2025-03-16) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Buzovna
Həyat yoldaşı
  • Mömünat Qurbanova
Fəaliyyəti aktyor, kinorejissor, rejissor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
IMDb ID0309023

Mündəricat

Həyatı

Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkmişdir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. Ənvər Həsənov 16 mart 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib.

Filmoqrafiya

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rejissor assistenti
  2. Arxadan vurulan zərbə (film, 1977)
  3. Babək (film, 1979)
  4. Atları yəhərləyin (film, 1985)
  5. Bəyaz həyat (film, 2003)
  6. Bəyin oğurlanması (film, 1985)
  7. Birisigün, gecəyarısı... (film, 1981)
  8. Bizim küçənin oğlanları (film, 1973)
  9. Cavad xan (film, 2009)
  10. Cavad xan. Filmin filmi (film, 2007)
  11. Çalış, nəfəs alma (film, 2006)
  12. Dədə Qorqud (film, 1975)
  13. Dəli Kür (film, 1969)
  14. Dərviş Parisi partladır (film, 1976)
  15. Doğma sahillər (film, 1989)
  16. Dolu (film, 2012)
  17. Dörd bazar günü (film, 1975)
  18. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  19. Ərazi (film, 2005)
  20. Gözbağlıcı (film, 1986)
  21. Gözlə məni (film, 1980)
  22. Haray (film, 1993)
  23. Hökm (film, 1994)
  24. Xoşbəxtlik qayğıları (film, 1976)
  25. İlahi məxluq (film, 2011)
  26. İnsan məskən salır (film, 1967)
  27. İstintaq davam edir (film, 1966)
  28. İşarəni dənizdən gözləyin (film, 1986)
  29. Kənar adamlar (film, 1992)
  30. Küləyapardı (film, 1986)
  31. Qanlı zəmi (film, 1985)
  32. Qatır Məmməd (film, 1974)
  33. Məhkumlar (film, 2006)
  34. Ovsunçu (film, 2002)
  35. Ölüm növbəsi (film, 2009)
  36. Pirverdinin xoruzu (film, 1987)
  37. Səhərə inan... (film, 2011)
  38. Səmt küləyi (film, 1973)
  39. Son döyüş (film, 1996)
  40. Sübhün səfiri (film, 2012)
  41. Şəbəkə (film, 2011)
  42. Şəhərli biçinçilər (film, 1986)
  43. Tələ (film, 1990)
  44. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  45. Uşaqlığın son gecəsi (film, 1968)
  46. Vəkil hanı? (film, 2011)
  47. Yeddi oğul istərəm... (film, 1970)
  48. Qanun naminə (serial, 2013)

Xatirəsi

2023-cü ildə mədəniyyət yazarı Vasif Ayanın Ənvər Həsənova həsr olunmuş "Ənvər Həsənovun xatirələri" və "Ənvər Həsənova vida" adlı kitabları nəşr edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ənvər həsənov sözünün mənası, ənvər həsənov haqqında məlumat. ənvər həsənov nədir? ənvər həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Panzerfaust

  • Fevral 27, 2026

    Kələki

  • Mart 02, 2026

    Çiy küftə

  • Mart 06, 2026

    Mardakert rayonu

  • Fevral 27, 2026

    Çubuqlu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst