Əl-Mucəm əl-əvsat (ərəb. المعجم الأوسط) — Təbəraninin orta ölçülü hədis toplusu.
| Əl-Mucəm əl-əvsat | |
|---|---|
| ərəb. المعجم الأوسط | |
| Müəllif | Təbərani |
| Mövzu | hədis |
| Orijinalın dili | ərəb dili |
Əsər
Təbərani "əl-Mucəm əl-əvsat" haqqında "Bu kitab mənim ruhumdur" sözlərini işlətmişdir. Əsərdə 30 min rəvayətin olduğu deyilsə də, Mahmud ət-Təhhan nəşrində 9485, Tariq ibn İvəzullah nəşrində isə 9489 rəvayət vardır. Əsərdə Təbərani müəllimlərinin qərib və fərd rəvaətlərinə yer vermişdir. Bu səbəblə də "əl-Mucəm əl-əvsat" Darəqutninin "əl-Əfrəd"inə bənzəldilmişdir. Lakin əsərdə münkər və əziz rəvayətlərin də olduğu qetd edilmişdir. "Əl-Mucəm əl-əvsat"dakı hədislərin bir hissəsi "əl-Mucəm əl-kəbir"də də mövcuddur. Əsər X cild təşkil edir.
"Əl-Mucəm əl-əvsat"ın müxtəlif yer və tarixlərdə nəşrləri həyata keçirilmişdir (Ər-Riyad: 1985–1995; Qahirə: 1995; Əmman-Beyrut: 1999 və s.).
Həmçinin bax
- Əl-Mucəm əl-kəbir
- Əl-Mucəm əs-səğir
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əl-mucəm əl-əvsat sözünün mənası, əl-mucəm əl-əvsat haqqında məlumat. əl-mucəm əl-əvsat nədir? əl-mucəm əl-əvsat nə deməkdir?