Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Qasım Müsnidüd-Dünya Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbərani (ərəb. الطبراني‎; 873, 873 və ya 1 dekabr 873, Akka, Fələstin – 971, İsfahan) — hədis hafizi.

Təbərani

  • Ana Səhifə
  • Vikipediya
  • Təbərani

Əbül-Qasım Müsnidüd-Dünya Süleyman ibn Əhməd ibn Əyyub ət-Təbərani (ərəb. الطبراني‎; 873, 873 və ya 1 dekabr 873, Akka, Fələstin – 971, İsfahan) — hədis hafizi.

Təbərani
ərəb. الطبراني‎
Doğum tarixi 873(0873), 873(0873) və ya 1 dekabr 873(0873-12-01)
Doğum yeri
  • Akka, Fələstin
Vəfat tarixi 971(0971) (97–98 yaşında)
Vəfat yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Elm sahələri fiqh, hədis elmi, təfsir
Tanınmış yetirmələri Əbu Nuaym əl-İsfahani, Bəzzar

Mündəricat

Bioqrafiyası

Səfər ayında, hicri 260-cı (dekabr 873) ildə Akkada doğulub. Nisbələri "Ləhmi" və "Təbərani"dir. Kiçik yaşlarında elm öyrənmək məqsədi ilə Dəməşqdəki Təbəriyəyə getdiyi üçün "Təbərani" nisbəsi ilə məşhurlaşmışdır. Hədis öyrənmək üçün təqribən 25 il ərzində 50-ə yaxın yerə səhayətlər etmişdir. Bu xüsusiyyətindən ötrü ona "rəhhal-cəvval" (azərb. رحّال جوّال‎; azərb. çevik səyyah‎) deyilmişdir. Qüds, Qeysəriyyə (Fələstin), Hələb, Dəməşq, Məkkə, Mədinə, Bağdad, Bəsrə, Kufə və İsfahan onun səyahət etdiyi elm mərkəzlərindən bəziləridir. O, 2 minə yaxın müəllimindən hədis rəvayət etmişdir. Haşim ibn Mərsəd ət-Təbərani, Əbu Züra əd-Dəməşqi, Əbu Yalə əl-Mövsili, Mütəyyən, Əbül-Abbas İbn Süreyc, Nəsai, İbnül-Cərud və Əbu Əvanə əl-İsfərayini onu müəllimlərindən bəziləridir. Əbu Abdullah İbn Məndə, Əbu Nueym əl-İsfahani, Əbüş-Şeyx, İbn Mərduyə, Əbül-Fəzl Məhəmməd ibn Əhməd ibn Məhəmməd əl-Cərudi, İbn Faris və başqları onun tələbələridir. İslam Ensiklopediyasındakı məlumata görə, Təbərani gözəl əxlaqlı, natiq və xoşrəftar bir şəxs olmuşdur. O, Hənbəli məzhəbinə mənsub olmuş, həyatı boyunca əhli-hədis düşüncəsindən uzaq firqələrlə mübarizə aparmışdır. O, Əhli-Beytə və Raşidi xəlifələrinə böyük hörmət bəsləmiş, söhbətlərin birində Əbu Bəkr və Ömər əleyhində danışan İsfahan valisi İbn Rüstəmin yanından çıxıb getmiş və birdə ora qayıtmamışdır. O, 29 Zilqadə hicri 360-cı (23 sentyabr 971) ildə vəfat etmiş, səhabə Həmamə əd-Dövsinin yanında dəfn edilmişdir.

Hədis elmindəki yeri

Onu dövrünün hədis hafizi adlandırırlar. O, həmçinin ənsab, tarix, təfsir və qiraət sahələrində də dərin biliklərə malik idi. Mənbələrdə onun "siqa", "səbt" və "ədalətli" olduğu qeyd edilir. Eyni zamanda mənbələr onun, güclü yaddaşa və olduqca dindar bir xarakterə sahib olduğunu vurğulayırlar. Təbərani, hədis sahəsinin "sidq və əmanət sifətlərinə malik süvariləri"ndən biri hesab olunur. Son dərəcə zəngin rəvayət ehtiyatına sahib olan Təbərani, tələbəsi Əbül-Abbas əş-Şiraziyə 300 min hədis yazdırmışdır. Şiə hədis hafizi Əbül-Abbas İbn Uqdə, Təbəraninin bir bənzərinin olmadığını söyləmiş, Büveyhi vəziri Əbül-Fəzl İbnül-Amidin hüzurunda baş tutan bir debatda Təbərani Əbu Bəkir İbnül-Ciabiyə üstün gəlmiş, bu hadisənin üzərinə Əbül-Fəzl, "indi kaş vəzir deyil, Təbərani olsaydım" demişdir.

Əsərləri

Onun 107 əsərin müəllifi olduğu deyilir. əl-Mucəm əl-kəbir, əl-Mucəm əl-əvsat, əl-Mucəm əs-səğir, Təfsiri-Təbərani, Kitabül-Əvail, əl-Əhadisüt-tival, Məkarimül-əxlaq, Fəzlür-remy və təlimih, Kitabüd-Dua, Müsnədüş-Şamiyyin, əs-Sülasiyyat, Cüz fihi turuku hədisi "mən kəzəbə aləyyə", Mən ismühu Əta min ruvatil-hədis, Kitabüs-Sünnə, əz-Ziyadat fi Kitabil-Cud vəs-səxa və Hədis li-əhlil-Bəsrə adlı əsərlər Təbəraninin ən məşhur əsərləridir.

Həmçinin bax

  • Əbu Davud ət-Təyalisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təbərani sözünün mənası, təbərani haqqında məlumat. təbərani nədir? təbərani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Meral Akşenər

  • Fevral 27, 2026

    Texas ştatı

  • Fevral 27, 2026

    Buludlar

  • Mart 06, 2026

    Hava Köçəriləri

  • Fevral 27, 2026

    Sergey Xudyakov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst