Mem (ing. meme) - bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yolu ilə ötürülən mədəni informasiya. "Mem" termini yunan dilindəki μίμημα ("oxşarlıq") sözündəndir. Mem anlayışı və onun konsepsiyası 1976-cı ildə Riçard Dokinz (Richard Dawkins) tərəfindən "Eqoist gen" kitabında işlənib. İnternetdə bu termindən, adətən, çox sürətlə populyarlıq qazanan sözü, ifadəni, görüntünü bildirmək üçün istifadə olunur.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mem sözünün mənası, mem haqqında məlumat. mem nədir? mem nə deməkdir?