Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zaslavl (belar. Засла́ўе, [[Beynəlxalq fonetik əlifba|[zaˈsɫau̯je]]]; rus. Заславль; pol. Zasław) — Minsk vilayətində, Minsk şəhərinin 27 km şimal-qərbində yerl

Zaslavl

  • Ana Səhifə
  • Vikipediya
  • Zaslavl

Zaslavl (belar. Засла́ўе, [[Beynəlxalq fonetik əlifba|[zaˈsɫau̯je]]]; rus. Заславль; pol. Zasław) — Minsk vilayətində, Minsk şəhərinin 27 km şimal-qərbində yerləşən tarixi şəhər. 2015-ci ilin məlumatına görə əhalisi 14.880 nəfərdən ibarət idi.

Şəhər
Zaslavl
belar. Заслаўе
rus. Заславль
Gerb[d]
Gerb[d]
54°00′30″ şm. e. 27°17′05″ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət [[ Minsk]]
Rayon [[ Minsk]]
Şəhər şurası başçısı Kartaşyova Svetlana Petrovna
Tarixi və coğrafiyası
Əsası qoyulub 985
İlk məlumat 1127 — 1128
Əvvəlki adı İzyaslavl
Yaşayış məntəqəsi statuslu 1985
Sahəsi 14,2 km²
Mərkəzin hündürlüyü 211 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 14.880 nəfər (1 yanvar 2015)
Rəsmi dili Belarus dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +375 17
Poçt indeksi 223034, 223036
Nəqliyyat kodu 5
Digər
zaslavl.minskregion.by
Xəritəni göstər/gizlə
Zaslavl xəritədə
Zaslavl
Zaslavl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Köhnə körpü.

Xronikalara görə Zaslavl şəhəri 985-ci ildə arvadı Roqnedanı və oğlu İsyaslavı oraya yaşamağa göndərmiş Böyük Vladimir tərəfindən salınmışdır. Şəhərin müasir adı Böyük Vladimirin oğlu İzyaslavın adından törənmişdir.

Orta əsrlərdə şəhər Zaslavl hersoqluğunun mərkəzi olmuşdur. XI əsrdə şəhər xeyli güclənmişdir. Ərazisinin çox arxeoloji qoruq elan edilmişdir. Burada açıq havada İzyaslav və Roqnedanın heykəlləri var.

Reformasiya dövründə şəhər kalvinistlər və sosinianistlər məskən salmışdılar.

Zaslavl 1941-ci ildən 1944-cü ilə kimi Nasist Almaniyasının işğalı altında olmuşdur. 1939-cu ildə yəhudilər şəhər əhalisinin 9 %-i təşkil edirdilər (248 nəfər). 1941-ci ilin oktyabrında almanlar 100 yəhudini gettoya (SSRİ ordusunun tikdiyi keçmiş sərhədçi binası) toplamışdılar. Çölə çıxmaq qadağan edilmişdi və onlar qida əldə edə bilməmişdirlər. Getto çəpərlərlə əhatə olunmuşdu və gecə-gündüz nəzarət altında idi. 16 və 27 sentyabr 1941-ci ildə bütün yəhudi kişilər öldürüldü (azı 20 nəfər), onlardan 12-i getto binasından yandırıldı. 29 sentyabrda çoxu qadın və uşaq olmaqla 100-ə qədər yəhudi Minskə köçürmək bəhanəsi ilə at arabalarında gettonun xaricinə çıxarıldı. Onların hamısı Sloboda kəndinin yaxınlığındakı meşədə güllələnmişdilər. Bu hadisədən sonra Bazarnaya küçəsində yerləşən bir binada hələ də 35 yəhudi qadını saxlanılırdı. Onlar 29 oktyabr 1941-ci ildə güllələnənə qədər icbari əməyə sövq edilmişdilər.

Coğrafiya

Zaslavl şəhəri Minsk şəhərinin şimal-qərbində yerləşir, onun şəhər bölgəsinin bir hissəsidir, Fanipol və Maçulişi şəhərləri ilə birlikdə bu bölgənin ən əhəmiyyətli şəhərlərindən biridir.

Yerlər

Zaslavl şəhərinin tarixi görməli yerlərinin hamısı Belarus dəmiryolu stansiyasından elə də uzaqda olmayan şəhərin işgüzar hissəsində yerləşir. Onlardan ən maraqlısı XI-XII əsrlərə aid edilən Zameçek qalasıdır. Val yerinə şəhər divarları, Xilaskar şəkildəyişməsi kilsəsi (hazırda qorunan, 1577-ci ildə tikilmiş kalvinist kilsəsi), Fara Müqəddəs Meri kilsəsi (XVIII əsrdən qalma), dəmirçixana, anbar və buxar dəyirmanı daxildir. Şəhərdə etnoqrafiya muzeyi fəaliyyət göstərir.

Məşhur şəxslər

  • Simon Budnı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaslavl sözünün mənası, zaslavl haqqında məlumat. zaslavl nədir? zaslavl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zamanlı (Gədəbəy)

  • Fevral 27, 2026

    Seyri-süluk

  • Fevral 27, 2026

    Kanso boğazı

  • Mart 01, 2026

    Harri Truman

  • Fevral 27, 2026

    Plantaginaceae

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst