Kickstarter — ABŞ mərkəzli, yaradıcı layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş qlobal kroudfandinq (kütləvi maliyyələşmə) platforması. Şirkətin hüquqi statusu "İctimai Faydalı Korporasiya"dır (ing. Public Benefit Corporation). Platforma əsasən müstəqil istehsalçıların istifadə etdiyi; komiks, rəqs, dizayn, dəb, film və video, qida, oyunlar, musiqi, fotoqrafiya, nəşriyyat, texnologiya və teatr daxil olmaqla ümumilikdə 13 fərqli sahədə çalışan sənətçilər və ixtiraçılara öz layihələrini həyata keçirməyə imkan verir.
| Kickstarter | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Sənaye | İnternet, Kraudfandinq |
| Təsis tarixi | 28 aprel 2009 |
| kickstarter.com | |
2014-cü ildə Kickstarter vasitəsilə 22,252 layihə maliyyələşdirilmişdir. 2016-cı ildə isə şirkət ümumilikdə 100,000-ci müvəffəqiyyətli layihənin maliyyələşdiyini elan etmişdir.
İş mexanizmi
Kickstarter "hamısı və ya heç nə" (ing. all-or-nothing) prinsipi ilə işləyir. Layihə sahibi istehsal üçün lazım olan məbləği və müddəti təyin edir. Əgər hədəflənən məbləğ təyin olunan vaxt ərzində yığılarsa, Kickstarter yığılmış vəsaitin 5%-ni komissiya olaraq tutur. Əgər hədəfə çatılmazsa, ianəçilərin pulu geri qaytarılır və layihə sahibi heç bir vəsait almır.
Layihə təqdim etmək üçün tələblər
Hazırda layihə təqdim etmək imkanı yalnız müəyyən ölkələrin (ABŞ, Avstraliya, Avstriya, Kanada, Belçika, Almaniya, İspaniya, İsveçrə, Böyük Britaniya, Danimarka, Fransa, İrlandiya, Lüksemburq, Honq Konq, Norveç, Niderland, İtaliya, Sinqapur, Yeni Zelandiya və İsveç) sakinləri üçün aktivdir.
Layihə başlatmaq üçün əsas şərtlər:
- 18 yaşını tamamlamış olmaq (18 yaşdan kiçiklər üçün valideyn və ya qəyyum nümayəndəliyi tələb olunur);
- Siyahıda qeyd olunan ölkələrdən birində daimi yaşayış icazəsinə malik olmaq;
- Şəxsiyyəti təsdiq edən sənəd, qeydiyyat ünvanı və müvafiq ölkənin bank hesabına sahib olmaq;
- Debet və ya kredit kartına sahib olmaq.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kickstarter sözünün mənası, kickstarter haqqında məlumat. kickstarter nədir? kickstarter nə deməkdir?