Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xuan Evo Morales Ayma (ing. Juan Evo Morales Ayma; 26 oktyabr 1959, Oruro) — Boliviyalı siyasətçi və 2006–2019-cu illərdə Boliviyanın 80-ci Prezidenti olmuş kok

Evo Morales

  • Ana Səhifə
  • Vikipediya
  • Evo Morales

Xuan Evo Morales Ayma (ing. Juan Evo Morales Ayma; 26 oktyabr 1959, Oruro) — Boliviyalı siyasətçi və 2006–2019-cu illərdə Boliviyanın 80-ci Prezidenti olmuş kokalero fəalı. Ölkənin yerli əhalidən gəlmiş ilk prezidenti olaraq qəbul edilir. Onun hökumət kabinetinin üstündə durduğu əsas məsələlərə sol siyasətin tətbiq olunması, yoxsulluğun azaldılması və ABŞ və Boliviyadakı çoxmillətli korporasiyaların təsiri ilə mübarizə daxildir. Sosialist olan Morales Sosializm Hərəkatı (MAS) partiyasının rəhbəridir.

Evo Morales
Boliviya Prezidenti
22 yanvar 2006 – 10 noyabr 2019
Şəxsi məlumatlar
Doğum adı Juan Evo Morales Ayma
Doğum tarixi 26 oktyabr 1959(1959-10-26) (66 yaş)
Doğum yeri
  • Oruro, Boliviya
Partiya
  • Sosializmə doğru hərəkat (Boliviya)
Fəaliyyəti siyasətçi, sindikatçı[d]
Dini katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi

Təltifləri "Xose Marti" ordeni "Peru günəşi" ordeninin boyunbağılı böyük xaçı — 2010 "Xilaskar" ordeni Grand Officer of the Order of the Condor of the Andes Q3885462 Order of Augusto César Sandino
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsallavinin Orinoka kantonundakı fermer aymara ailəsində dünyaya göz açan Moral məcburi hərbi xidmətdən əvvəl 1978-ci ildə Çapare əyalətinə köçərək orta təhsilini almışdır. O koka əkinçiliyi ilə məşğul olduğu bir müddətdə həmkarlar ittifaqnın üzvü olmuş, kampesino ("kənd işçiləri") birliyində yüksəlməyə başlamışdı. Bu adla o, ABŞ-nin Boliviyadakı narkotiklə mübari Bir hissəsi olaraq koka məhv etmək cəhdlərinə qarşı mübarizə apardı, bunları yerli And mədəniyyətinə qarşı imperialist bir təcavüz kimi qınadı. Onun hökumət əleyhinə birbaşa fəaliyyətində baş tutan etiraz aksiyaları çoxsaylı həbslərlə nəticələndi. Morales 1995-ci ildə seçki siyasətinə girdi, MAS-ın lideri oldu və 1997-ci ildə Konqresə seçildi. Populist ritorikası ilə bərabər, kampaniyası yerli və yoxsul icmalara təsir edən məsələlərə, torpaq islahatlarına və qaz sərvətlərinin yenidən bölgüsünə fokuslanmışdı. Koçabamba etirazları və qaz münaqişəsi sayəsində məşhurluğu gedərək artmağa başladı. 2002-ci ildə o, o ilki prezident seçkilərində ikinci yerə çıxsa da, hökumət əleyhinə etirazçıları həvəsləndirdiyinə görə Konqresdən qovuldu.

İlk dəfə 2005-ci ildə seçilən Morales sosial xərcləri artırmaq üçün karbohidrogen sektoruna olan vergini artırdı, savadsızlığa, yoxsulluqa, irqçiliyə və seksizmə qarşı mübarizə layihələrinin əhəmiyyətini vurğuladı. Neoliberalizmi ciddi şəkildə tənqid edən və Boliviyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan asılılığını azaltmağa çalışan rəhbərliyi liberal iqtisadi yanaşmadan qarışıq iqtisadiyyata keçmək istəyən "Evonomika" deyilən bir siyasət apararkən güclü iqtisadi artımı izlədi. ABŞ-nin ölkədəki təsirini azaldan Morales Latın Amerikasının digər solçu hökumətləri ilə münasibətlər qurdu. Solçu yerli fəal cəmiyyətə mülayim davranmağa çalışan Morales rəhbərliyi, həmçinin, Boliviyanın şərq əyalətlərindəki sağçı muxtariyyət tələblərinə qarşı çıxdı. 2008-ci ildə o, geri çağırılan referendumda qalib gələrək, Boliviyanı plurinasyonlu bir dövlət olaraq göstərən yeni konstitusiyanı qəbul etdi və 2009-cu ildə yenidən seçildi. Onun ikinci prezidentlik müddəti sol siyasətin davam etdirilməsinin və Boliviyanın Cənub Bankı və Karib Dövlətləri və Latın Aerikası Cəmiyyətinə qoşulmasının şahidi oldu. Morales 2014-cü ildə və 2019-cu il ümumi seçkilərində yenidən prezident seçildi.

Amerika Dövlətləri Təşkilatı tərəfindən Morales hökumətinin 2019-cu il seçkilərini saxtalaşdırdığı iddiasıyla bağlı hesabat verildikdən sonra istefasını tələb edilməsiylə Evo Moral 2019-cu ilin noyabrın 10-da istefa verdi və 12 noyabrda Meksikada özünəs sığınacaq tapdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, evo morales sözünün mənası, evo morales haqqında məlumat. evo morales nədir? evo morales nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mons

  • Fevral 27, 2026

    Aşağı Aralıq

  • Fevral 27, 2026

    Süd dişləri

  • Mart 01, 2026

    Radiofizika

  • Fevral 27, 2026

    Talın

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst