Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Radiofizika — geniş mənada rəqsi-dalğavari proseslərin, dar mənada radio diapazonundakı elektromaqnit dalğalarının tədqiqi ilə məşğul olan elm. Tarixən radiofiz

Radiofizika

  • Ana Səhifə
  • Vikipediya
  • Radiofizika

Radiofizika — geniş mənada rəqsi-dalğavari proseslərin, dar mənada radio diapazonundakı elektromaqnit dalğalarının tədqiqi ilə məşğul olan elm. Tarixən radiofizikanın əsas tədqiqat predmeti radiodalğalar, onların şüalanması və qəbulu, müxtəlif mühitlərdə yayılması, cisimlərlə qarşılıqlı təsiri və udulması olmuşdur. Lakin sonralar radiofizikanın üsulları fizikanın digər sahələrinə: optika, akustika, mikrodalğalı elektronika, yarımkeçiricilər elektronikasına ötürüldü. Hal-hazırda dalğaların yayılmasının ümumi nəzəriyyəsi yaradılmış, fəza və zaman dispersiyası olan qeyri-xətti və qeyri-taraz mühitlər üçün dalğa tənliklərinin həlli üsulları işlənmişdir.

Mündəricat

Praktik əhəmiyyəti

Radiofizika öz əhəmiyyətli tətbiqini radiolokasiyada tapmışdır. Obyektlərdən əks olunan radiodalğalara görə onların yerinin tapılması problemi radiofizikanın sayəsində öz həllini tapmışdır.

Radiofizika radiotexnikanı verici və qəbuledici antenalar, elektromaqnit dalğa generatorları, qəbuledicilər, gücləndiricilər, filtrlər, modulyatorlar, demodulyatorlar, radiodalğa ötürücüləri, radiolokatorlar, kvant cihazları və s. bu kimi cihazların təkmilləşdirilməsi üçün zəruri olan üsullarla təmin edir.

Radiofiziki üsullar radio diapazonunda kosmik tədqiqatların - başqa sözlə astrofizika üçün vacib olan radioastronomiyanın əsasını qoydu.

Tədqiqat istiqamətləri

Fizikanın bu bölməsinin fənlərarası əlaqəsinə görə tədqiqat istiqamətləri bir çox cəhətdən digər bölmələrin tədqiqat istiqamətləri ilə kəsişir.

Həll ediləcək vəzifələrə görə radiofizikanı bir neçə alt bölməyə ayırmaq olar:

  • Klassik radiofizika
  • Kvant radiofizikası
  • Statistik radiofizika

Klassik radiofizika

Klassik radiofizika çərçivəsində tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:

  • Radiodalğaların şüalanması və yayılması.
  • Yerin və ionosferin elektromaqnit xassələri.
  • Hərəkətli və qeyri-stasionar mühitlərin elektrodinamikası.
  • Radioastronomiya.
  • Qeyri-xətti akustika.
  • Seysmoakustika.
  • Elektrohidrodinamika

Kvant radiofizikası

Kvant radiofizikası maddələrin kvant xassələrini nəzərə alaraq dalğa xassələrini öyrənir. Bu alt bölmədə aşağıdakı sahələri ayırd etmək olar:

  • Lazerlərin fizikası.
  • Qeyri-xətti optika.
  • Lifli optik sistemlər.

Statistik Radiofizika

Statistik radiofizika çərçivəsində təsadüfi qeyri-bircins mühitlərdə dalğaların yayılması problemlərinə baxılır. Bu bölmə real mühitlərdə siqnalların ötürülməsi üçün xeyli tətbiqə malikdir. Tədqiqat sahələrinə aiddir:

  • Radiolokasiya məsələləri.
  • Material səthlərinin diaqnostikası.
  • Okeanda akustik siqnalların ötürülməsi.
  • Plazmaların diaqnostikası.
  • Canlı bioloji toxumaların diaqnostikası.
  • Atmosferin monitorinqi.

Həmçinin baxın

  • Elektrodinamika
  • Radiotexnika
  • Kvant elektronikası

Ədəbiyyat

  • Davudov B., Daşdəmirov K. Radiofizika. Dərs vəsaiti, Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 392 səh.
  • A. М. Пашаев, А.Р. Гасанов. Антенны и распространение радиоволн. Баку: НАА. 2007.-135 с.
  • Левичев В.Г. Радиопередающие и радиоприемные устройства. М.: Воениздат, 3-е, переработ. и дополн. 1974.-510 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Radiofizika haqqında məlumat. Radiofizika nədir? Radiofizika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zığ

  • Fevral 27, 2026

    Ali məktəb

  • Fevral 27, 2026

    Livoniya konfederasiyası

  • Fevral 27, 2026

    Laissez-faire

  • Fevral 27, 2026

    Dehli sultanlığı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst