Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ai

Serbiya valaxları

  • Ana Səhifə
  • Vikipediya
  • Serbiya valaxları

Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ailəsinə daxil olan Arumınlar, Melqenitlər, istrorumınlar, rumınlar və Moldovanlarla qohum xalqlardır. Əsasən Serbiya ərazisində yayılmışlar. Serbiyada 2011-ci ildə sayları 35 000 nəfər təşkil edirdi. Üstəlik onlar Bolqarıstanda da rastlanırlar. Hansı ki, sayları 10 500 nəfərdir.

Serbiya valaxları
Özünüadlandırma
rumâni və ya vlahi/valahi
Ümumi sayı
35.330 (2011; rumınlarla birlikdə 64.662)
Yaşadığı ərazilər
Serbiya
Dili

Timoç dialekti, serb dili

İrqi
Avropoid
Dini

provaslav

Qohum xalqlar

Serblər, rumınlar

Bolqarıstan və Serbiya valaxlarının yayılma xəritəsi
Vlaxi — folklor qrupu

Serbiyada əsasən ölkənin şimal-şərqində və Voevodina ərazisində yayılmışlar. Əsasən provaslav mənsəbində etiqat edirlər. Müasir Tikoka valaxları orta əsrlərdə Valaxiya tarixi vilayətindən Dunayı keçərək Timok çayı rayonu ərazisinə gələrək məskən salmış valaxların törəmələridir. Onların əsas hissəsi Valaxiya və Moldova knyazlıqları ərazisindən Fanariot rejimi (1711-1811) dövründə boyarların özbaşınalıqlarından qaçan ən gücsüz və aztəminatlı sakinləri olmuşlar. Onlar öz vətənlərinin adı ilə «serane» olaraq adlandırılırlar. Dialektləri rumın dilinə bənzərliyi ilə seçilir.

Mündəricat

Sayları

Bəzi tətqiqatçılar Serbiya valaxlarını rumınlarla eyniləşdirir. 2011-ci ildə Serbiyada siyahıya alınmaya əsasən 35.330 insan özünü valax, 29.332 nəfər insan isə «rumın» adlandırmışdır. Özlərini Valax adlandıranların böyük qismi Serbiyanın şərqində, rumın adlandıranlar isə Voevodinada yayılmışdır.

Status

Valaxlar Serbiyada bir milli azlıq olaraq qəbul edilir və onların muxtariyyat məsələləri ilə (ərazi muxtariyyatından başqa) müvafiq Milli Şura məşğul olur. Valaxların dili rumın dilinə yaxın olduğundan, bəziləri Serbiya xalaxlarını rumın etnosunun bir hissəsi hesab edir. Bununla belə valaxların böyük əksəriyyəti özlərini Rumıniya əlaqəli olmasını qəbul etmir.

Rumıniya valaxların Serbiyada rumın azlığı statusu almasına çalışır və onların Rumıniyada təhsil almaları üçün stipendiya ayırır və onların mədəni birlikləri və dini qurumlarını dəstəkləyir. Eyni zamanda Serbiya valaxları bir qrup olaraq Rumıniya vatandaşlığının alınmasında heç bir prioritetə malik deyildir. Rumıniya vətəndaşlığı etnik mənsubiyyətə əsasən deyil, yalnız keçmiş vətəndaşlıq əsasında verir. Beləliklə, Rumıniyanın heç bir hissəsi olmayan və əvvəllər Rumıniyanın vətəndaşlığı olmayan Serbiya valaxları onu almaq üçün heç bir səbəbə malik deyillər.

Din

Serbiya Valaxları əsasən pravoslav xristianlarıdırlar. Etiqat edənıərin əksəriyyəti Serb pravoslav kilsəsinin davamçılarıdır.

XXI əsrin əvvəllərində valaxların yaşadığı ərazilərdə Rumın provaslav kilsəsinin dairəsi təşkil edilmişdir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, serbiya valaxları sözünün mənası, serbiya valaxları haqqında məlumat. serbiya valaxları nədir? serbiya valaxları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Xovsuz xalça

  • Mart 05, 2026

    İdi Amin

  • Fevral 27, 2026

    Montmorillonit

  • Fevral 27, 2026

    Nyu-Dehli

  • Fevral 27, 2026

    Səfa Cəmiyyəti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst