Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun. Αρμάνοι/Βλάχοι, bolq. Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan

Arumınlar

  • Ana Səhifə
  • Vikipediya
  • Arumınlar

Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (yun. Αρμάνοι/Βλάχοι, bolq. Арумъни/Власи) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.

Aromunlar
8.moskopole.jpg
Aromunların mədəni festivalı
Ümumi sayı
100 000 - 1 500 000
Yaşadığı ərazilər
Yunanıstan Yunanıstan 39 855 (1951)
Albaniya Albaniya 8 266 (2011)
Rumıniya Rumıniya 21 736 (1992)
Serbiya Serbiya 35 573 (2011)
Şimali Makedoniya Şimali Makedoniya 9 695 (2002)
Bolqarıstan Bolqarıstan 3 684 (2011)
Dili

Arumun dili

Qohum xalqlar

rumın

Mündəricat

Məskunlaşma

Yunanıstanda

Aromun və Meqlen dillərində danışanların məskunalşma xəritəsi

Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.000-dən 300.000-ə qədərdir. 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi. Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.

Albaniyada

Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000-dən 200.000-ə qədərdir. 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.

Rumıniyada

Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir. Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi. 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.

Serbiyada

1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır. Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.

Makedoniyada

2002-ci il sayımına əsasən Makedoniyanın etnik xəritəsi

Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000-50.000 nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036 nəfər olmuşdur.

Etnik aromunlar Makedoniyada əhalinin siyahıyaalınma illəri
1948-ci il 1953-cü il 1961-ci il 1971-ci il 1981-ci il 1991-ci il 1994-cü il 2002-ci il
Sayı 9 511 8 668 8 046 7 190 6 392 7 764 8 601 9 695

Bolqarıstanda

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arumınlar haqqında məlumat. Arumınlar nədir? Arumınlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Dəccal

  • Fevral 10, 2026

    Ruslar

  • Fevral 24, 2026

    Bizans təqvimi

  • Fevral 23, 2026

    Genetika

  • Fevral 24, 2026

    Böyük Tamara

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst