Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala, Britaniya imperiyası – 16 avqust 2003, Səudiyyə Ərəbistanı) — Uqandanın prezidenti (1971–1979), hərbçi.

İdi Amin

  • Ana Səhifə
  • Vikipediya
  • İdi Amin

İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala, Britaniya imperiyası – 16 avqust 2003, Səudiyyə Ərəbistanı) — Uqandanın prezidenti (1971–1979), hərbçi.

İdi Amin
Idi Avo-Onqo Anqi Amin Dada
Uqandanın 3-cü prezidenti
25 yanvar 1971 – 11 aprel 1979
ƏvvəlkiMilton Obote
SonrakıYusuf Lule
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi 1923 və ən geci 1928[…]
Doğum yeri
  • Kampala, Britaniya imperiyası
Vəfat tarixi 16 avqust 2003(2003-08-16) (77–78 yaşında)
Vəfat yeri
  • Səudiyyə Ərəbistanı
Dəfn yeri
  • Ciddə
Partiya
  • bitərəf
Fəaliyyəti siyasətçi, zabit, hərbi qulluqçu
Həyat yoldaşları 1) Miliya Amin (1966—1974)
2) Key Amin (1966—1974)
3) Nora (1965—1974)
4) Mədinə (с 1974)
5) Sara (1975)
Uşaqları 36 oğul və 14 qız
Hərbi xidmət
Xidmət illəri 1946-1962
1962-1979
Mənsubiyyəti Böyük Britaniya
Qoşun növü Quru və hava hərbi qüvvələri
Döyüşlər Mau-Mau üsyanı
1971 Uqanda dövlət çevrilişi
Uqanda-Tanzaniya müharibəsi
Rütbəsi Feldmarşal (Birtaniya ordusu), Leytenant (Uqanda ordusu)
Elmi fəaliyyəti
Elm sahəsi hərbi iş
Təltifləri Xidmət ordeni Order of the Republic Order of the Umayyads National Order of Merit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Erkən illər

İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı.

Müstəmləkə Britaniya Ordusu

Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB). KTB-də o, ilk vaxtlar aşpazın köməkçisi vəzifəsində çalışırdı. 1952–1956-cı illər ərzində Keniyada baş vermiş Mau-Mau üsyanı zamanı Britaniya ordusunda döyüşürdü. 1952-ci ildə ona yefreytor hərbi rütbəsi verildi. Növbəti ildə isə çavuş rütbəsinə yüksəldi.

1959-cu ildə isə Əfəndi oldu. Bu Britaniya ordusununda qaradərililərə verilən ən yüksək rütbə idi. Həmin il Amin Uqandaya qayıtdı və leytenanta yüksəldi. Hərbi sahədə uğurları bununla da bitməmişdi. Britaniya ordusuna sadiqliyi ilə seçilən Amin, 1962-ci ildə kapitan, 1963-cü ildə mayor və bir neçə müddət sonra komandir müavini vəzifəsini tutdu.

Hərbi çevrilişi

1971-ci il 25 yanvar tarixində Uqanda prezidenti Milton Obote Sinqapurda səfərdə olarkən, İdi Amin hərbi çevriliş edərək hakimiyyəti ələ alıb özünü ölkənin yeni prezidenti elan etdi. 1972-ci ildə etdiyi islahatlardan biri də Uqanadada yaşayan asiyalıları (əsasən hindli) ölkədən xaric etmək idi. Onların işlədiyi obyektlərə isə müsəlmanları və qohumlarını gətirdi. Ölkə rəsmi şəkildə İsraillə olan diplomatik əlaqələri kəsmişdi. Liviya və Fələstinlə yaxın münasibət qurduğuna görə, 1973-cü ildə ABŞ, 1976-cı ildə isə İngiltərə Uqandadakı səfirliyi geri çağırdı. 1976-cı ildəki çıxışında isə özünü "əbədi prezident" elan etmişdi. Elə həmin ilin iyul ayında sərnişinlərin əksəriyyətinin yəhudi olduğu Fransa hava yolları təyyarəsi fələstinlilər tərəfindən zəbt oldundu. İdi Amin təyyarənin Uqandada eniş etməsinə icazə verməsi böyük səs-küy yaratmışdı. İsralinin xüsusi təyinatlı dəstəsi ölkəyə daxil olaraq əməliyyat keçirirək bütün girovları azad etməsi isə, İdi Aminin beynəlxalq miqyasda imicinə ciddi zərbə vurmuşdu.

Ölkədən qaçışı və vəfatı

Onun hakimiyyəti dövründə yürütdüyü sərt rejim artıq xalqın narazıçılığına səbəb olmuşdu. 1978-ci ilin oktyabrında Tanzaniya tərəfindən dəstəklənən "Uqanda Milli Azadlıq Ordusu" yaradıldı. Üsyançı dəstənin əsas məqsədi Aminin istefaya getməsi idi. 13 aprel, 1979-cu ildə üsyançılar artıq paytaxt şəhər olan Kampalaya yaxınlaşmışdı. Artıq dövlət başçısı ölkədən qaçmış və 2 həyat yoldaşı, 22 uşağı ilə birlikdə Səudiyyə Ərəbistanına yerləşmişdi. İdi Amin, 16 avqust, 2003-cü il tarixində sürgündə olarkən Ciddədə vəfat etmişdir.

Ədəbiyyat

  • Амин, Иди (биографическая справка) (Ежегодник Большой советской энциклопедии. Вып. 1972). М.: Советская энциклопедия. 1972. 593.
  • Балезин, Александр Степанович. Амин, Иди (Африка. Энциклопедия. Т. 1). М.: Энциклопедия; ИНФРА-М. Институт Африки РАН. Гл. ред. А. М. Васильев. 2010. ISBN 978-5-94802-038-9.
  • Амин, Иди (Большая российская энциклопедия. Т. 1). М.: Большая Российская энциклопедия. 2005. 610. ISBN 5-85270-326-5.
  • Балезин, Александр Степанович. У Великих африканских озёр. Монархи и президенты Уганды. М.: Наука. 1989. ISBN 5-02-016572-7.
  • Ксенофонтова Н. А., Луконин Ю. В., Панкратьев В. П. История Уганды в новое и новейшее время. М.: Наука. 1984.
  • Курсом независимости. Uqanda Respublikasının Prezidenti İdi Amin Dadanın sovet jurnalistlərinə müsahibəsi (Известия). 19 марта 1974 года.
  • Semakula Kiwanuka. Amin and the Tragedy of Uganda. München: Weltforum Verlag. 1979. ISBN 3803901774.
  • Sam R. Karugire. A Political History of Uganda. Portsmouth: Heinemann. 1980. ISBN 0435945246.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇di amin sözünün mənası, i̇di amin haqqında məlumat. i̇di amin nədir? i̇di amin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Vaşinqton şəhəri

  • Fevral 27, 2026

    Texnesium

  • Mart 04, 2026

    Jizel

  • Fevral 27, 2026

    Balqabaq qutabı

  • Mart 01, 2026

    Qoğal

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst