Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kə

Avropoid

  • Ana Səhifə
  • Vikipediya
  • Avropoid

Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar.

Xarakterik cizgiləri

Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid) ifadə edirdi. Bioloji antropologiyada Qafqazoid sözü dəri rəngindən asılı olmayaraq skelet anatomiyasına və xüsusilə kəllə morfologiyasına diqqət yetirməklə bu müxtəlif bölgələrdən olan fenotipik oxşar qruplar üçün ümumi termin kimi istifadə edilmişdir. Qədim və müasir "Qafqazoid" populyasiyaları yalnız "ağ" deyil, yəni dəri rəngi ağ dəridən tünd qəhvəyi rəngə qədər dəyişə bilər.

Birləşmiş Ştatlarda ing. Caucasian — Qafqaz termini hələ də ağ və ya avropoid irqinin, Yaxın Şərq və ya Şimali Afrika əcdadının sinonimi kimi istifadə olunur. Lakin terminin bu cür istifadə edilməsinin tənqid edilən tərəfi də var.

Yarımqrupları

Bir sıra təsnifatlara görə bu irq Nord, Aralıq dənizi, Dinar, Atlantid, Alp, Şərqi-baltik, Turan, Armenoid, İran, Ərəb, Hamitik və bir sıra digər yarımqruplara bölünür (təsnifat edən alimlərdən asılı olaraq).

Qədim dövrlərdə avropada digər yarımqrupların olduğu və sonradan assimilyasiya etdikləri güman edilir.

Qərbi Avropada, Mərkəzi Avropada, Cənubi Avropada və Şimali Amerikada aşağıdakı yarımqruplar vardır:

  • Nord irqi
  • Alp irqi
  • Atlantid irqi
  • Balkan-Qafqaz irqi
  • Dinar irqi
  • Aralıq dənizi irqi

Şərqi Avropa və Asiyada:

  • Nord irqi
  • Baltik irqi
  • Şərqi-baltik irqi
  • Balkanqafqaz irqi
  • Kaspi yarımtipi
  • Dinar irqi
  • Armenoid irqi
  • Alp irqi
  • Pamir-fərqanə irqi
  • Ural irqi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avropoid haqqında məlumat. Avropoid nədir? Avropoid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    27 iyun

  • Fevral 24, 2026

    Nankin

  • Fevral 23, 2026

    Edvard Munk

  • Fevral 24, 2026

    Paytakaran

  • Fevral 24, 2026

    Günəşin batması

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst