Şəhriyar Nəsib oğlu Quliyev (25 may 1990, Ağdam rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
| Şəhriyar Quliyev | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Şəhriyar Nəsib oğlu Quliyev |
| Doğum tarixi | |
| Doğum yeri | Ağdam rayonu, Azərbaycan |
| Vəfat tarixi | |
| Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
| Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2009—2020 |
| Rütbəsi | |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Tərcümeyi-halı
Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il, mayın 25-də Ağdam rayonunun Xaçındərbətli kəndində anadan olub.
2008-ci ildə Sumqayıt şəhər M. Füzuli adına 15 nömrəli tam orta məktəbdən məzun olub.
2009-cu ildə Tovuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə N saylı hərbi hissədə xidmət edib.
2010-cu ildə hərbi hissənin nəzdində "Gizir hazırlığı kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 9 avqust 2010-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 14 iyun 2019-cu il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 21-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Ramal və Camal adında 2 oğlu var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəhriyar quliyev sözünün mənası, şəhriyar quliyev haqqında məlumat. şəhriyar quliyev nədir? şəhriyar quliyev nə deməkdir?
