Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan hərbçisi, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavi

Nəcməddin Sadıkov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcməddin Sadıkov

Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan hərbçisi, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi (1993–2021), general-polkovnik (2005).

Nəcməddin Sadıkov
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi
2 noyabr 1993 – 28 yanvar 2021
ƏvvəlkiNurəddin Sadıqov
SonrakıKərim Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1956(1956-05-24) (69 yaş)
Doğum yeri
  • Dərbənd, Dərbənd rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi,
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Silahlı Qüvvələri
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 19951995 "Azərbaycan Bayrağı" ordeni — 20092009 1-ci dərəcəli "Rəşadət" ordeni — 20182018 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20072007 "Vətən uğrunda" medalı — 20032003 "Hərbi xidmətlərə görə" medalı — 20092009 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var.

Təhsili

  • 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qızıl medalla bitirib;
  • 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib;
  • 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib;

Fəaliyyəti

  • 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib;
  • 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib;
  • Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib;
  • Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb;
  • Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib;
  • Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür.
  • 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
  • 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb.
  • 28 yanvar 2021-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.

Tənqidlər, etirazlar və vəzifədən kənarlaşdırılması ilə bağlı deyilənlər

Rusdilli olması və Azərbaycan dilində zəif danışması səbəbindən tənqid atəşinə tutulub. Bəzi mənbələrdə qeyd edilib ki, onun iş masasında duran bütün sənədlər əvvəl rus dilinə tərcümə olunur. 2020-ci ilin yayında, geniş vüsət alan "şaqul düşməsələr" dalğasında onu xəyanətdə ittiham edənlər oldu. Sanki o, qərəzli şəkildə "Türkiyə Silahlı Qüvvələrinin" Azərbaycanda artmış təsirindən narahat idi.

14–15 iyul 2020-ci il nümayişlərində general Polad Həşimovun ölümündən sonra küçəyə çıxan etirazçılar "Sadıqov, istefa ver" şüarları səsləndirərək hakimiyyətə qarşı reaksiya göstərdilər. O, 2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Sadıqov səhər tezdən itkin düşdü, onu ev dustağı kimi görənlər olsa da rəsmi təsdiq özünü tapmadı. 28 yanvar 2021-ci ildə müdafiə nazirliyi onun hərbi xidmətdə olmadığını, adının rəsmi saytlardan götürüldüyünü bəyan etdi. Onun itkin düşməsi və rəsmi izahatın olmaması səbəbindən vəziyyət hələ də qaranlıq olaraq qalır.

Təltifləri

  • "Azərbaycan Bayrağı" ordeni — 20082008 "Azərbaycan Bayrağı" ordeni — 04.04.1995
  • "Vətən uğrunda" medalı — 20032003 "Vətən uğrunda" medalı — 24.06.2003
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20072007 III dərəcəli "Vətənə xidmətə görə" ordeni — 21.06.2007
  • "Hərbi xidmətlərə görə" medalı — 20142014 "Hərbi xidmətlərə görə" medalı — 26.06.2009
  • "Azərbaycan Bayrağı" ordeni — 20092009 "Azərbaycan Bayrağı" ordeni — 19.04.2016
  • 1-ci dərəcəli "Rəşadət" ordeni I dərəcəli "Rəşadət" ordeni — 25.06.2018
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 27.05.2019

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcməddin Sadıkov haqqında məlumat. Nəcməddin Sadıkov nədir? Nəcməddin Sadıkov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Günəş saatı

  • Fevral 27, 2026

    Ezoterika

  • Fevral 25, 2026

    Edip kompleksi

  • Fevral 27, 2026

    Tekila

  • Fevral 20, 2026

    Kimyəvi element

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst