Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun Alpan kənd inzibati ərazi dairəsində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.
| Kürkün | |
|---|---|
| 41°22′18″ şm. e. 48°21′42″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.016 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 349 (2009) nəfər |
![]() Kürkün | |
Tarixi
Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə kəndindən gəlmiş şiə ləzgilərdir. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur.
Toponimikası
Kürkün oyk., sadə. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir. Yaşayış məntəqəsi təbiicoğrafi mövqeyinə görə belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi
- Təbiət baxımdan zəngin olan havası isə çox gözəl və ekoloji baxımdan təmiz olan Kürkün kəndi Azərbaycanın ən səfalı guşələrindən biridir.
Mədəniyyəti
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 349 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kürkün sözünün mənası, kürkün haqqında məlumat. kürkün nədir? kürkün nə deməkdir?
