Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır:

Taxıl

  • Ana Səhifə
  • Vikipediya
  • Taxıl

Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır:

  • əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir;
  • darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı;
Yulaf, arpa və buğdadan hazırlanmış taxıl məhsulları

Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur.

Mündəricat

Çılpaq dənli bitkilər

Çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. Çılpaq dənli bitkilərdə meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym vardır.

Meyvə qılafı – (perikarpiy) bir neçə qat toxumalardan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozanlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir.

Toxum qılafı – (perispermiy) 2 qatdan ibarətdəir: 1. Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı) və xlorofil (göy-yaşıl) vardır; 2. Qialin – yumşaq, suyu yaxşı keçirən qatdan ibarətdir. Toxum qılafı aleyron qəbəqə ilə sıx əlaqədardır. Bütöv dən kütləsinin 1-2,5%-ni təşkil edir. Toxum qılafında sellülozanın miqdarı meyvə qılafına nisbətən az, şəkər və azotlu maddələr isə çoxdur. Toxum qılafı dəndən istehsal olunan məhsullara düşdükdə onların rəngini tündləşdirir. Meyvə və toxum qılafının tərkibində 23-25% sellüloza, 50-55%pentozanlar, 4-6% kül, 2-3% şəkər, 5-7% yağabənzər maddələr, 10%-ə qədər azotlu maddə vardır.

Aleyron təbəqə müxtəlif dənli bitkilərdə 6-dan 12%-ə qədər təşkil edir. Endospermin aleyron təbəqəsi nazikdivarlı iri toxumalardan ibarətdir. Aleyron təbəqəsində 35-45% zülal, 6-8% şəkər, 3-9% yağ,11-14% mineral maddə, 7-10% sellüloza, 15-17% pentozanlar vardır.

Endosperm – (unlu nüvə) dənin qidaya sərf olunan əsas hissəsidir. Buğdada 80-85%, çovdarda 75-80%, qarğıdalıda 70-75%, arpada 60-68%, vələmirdə 45-50% endosperm olur. Müxtəlif dənli bitkilərin endosperminin tərkibində 12-15% zülal, 75-80% nişasta, 2-3% şəkər, 1%-ə qədər yağ, 1,5-2% pentozanlar vardır. Sellüloza 0,1-0,15%, mineral maddə 0,3-0,4%-dir. Vitaminlərin, makro- və mikroelementlərin miqdarı az olduğundan endospermdən alınan məhsulların bioloji dəyəri azdır.

Rüşeym – dənin iti uc hissəsində yerləşir, dənin 2-3%-nitəşkil edir. Darıda 6%, qarğıdalıda isə 10% rüşeym olur. Rüşeymin tərkibində 35-40% zülal, 15-35% yağ, 5-10% mineral maddə, 2-3% sellüloza, pentozanlar, B1, B2, E və digər vitaminlər vardır. Buğda rüşeymindən E vitamini, qarğıdalı rüşeymindən isə yağ istehsal edilir.

Qabıqlı dənli bitkilər

Qabıqlı dənli bitkilərə vələmir, arpa, düyü və darı aiddir. Bunların səthi çiçək qişası ilə örtülü olur.

Çiçək qişası- arpa dəninin 9-14%-ni, darıda 14-18%, düyüdə 19-21%, vələmirdə isə 25-30% təşkil edir. Yarma istehsalında çiçək qişası tamamilə kənar edilir. Çiçək qişasının tərkibində sellüloza, ən çox pentozanlar, azmiqdarda şəkər və azotlu maddələr vardır. Qidalılıq dəyərinə malik olmadığından una və yarmaya çiçək qişasının düşməsinə yol verilmir.

Taxılın kimyəvi tərkibi

Taxılın kimyəvi tərkibi onun növündən, selleksiya sortlarından, becərildiyi torpaq-iqlim şəraitindən və aqrotexnikadan asılıdır. Taxılın tərkibində azotlu maddələr, fermentlər, karbohidratlar, yağlar, vitaminlər, mineral maddələr, su, turşular, aşı və boya maddələri vardır.

Həmçinin bax

  • Dənli bitkilər
  • Düyü
  • Taxıl taxtabitisi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taxıl haqqında məlumat. Taxıl nədir? Taxıl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 19, 2026

    Yazı

  • Fevral 24, 2026

    Nepal

  • Fevral 23, 2026

    Mayami

  • Fevral 24, 2026

    Ekologiya

  • Fevral 24, 2026

    Abşeron rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst