Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəzakət Həsən qızı Ağazadə (13 fevral 1910, Yelizavetpol – 10 aprel 1979, Bakı)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı

Nəzakət Ağazadə

  • Ana Səhifə
  • Vikipediya
  • Nəzakət Ağazadə

Nəzakət Həsən qızı Ağazadə (13 fevral 1910, Yelizavetpol – 10 aprel 1979, Bakı)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı

Nəzakət Ağazadə
Nəzakət Həsən qızı Ağazadə
Doğum tarixi 13 fevral 1910
Doğum yeri Gəncə, Yelizavetpol quberniyası
Vəfat tarixi 10 aprel 1979 (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Əliheydər Orucov
Atası Həsən bəy Ağayev
Anası Xədicə Ağayeva
Elm sahəsi filologiya
Elmi dərəcəsi professor
İş yerləri Azərbaycan Dövlət Xarici Dillər İnstitutu kafedra müdiri (1942-1961), Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru (1966-1968)
Təhsili Moskva Xarici Dillər İnstitutu

Mündəricat

Həyatı

Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsinin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır.

"Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur.

Fəaliyyəti

Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1968-ci ilə qədər isə Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru olmuşdur. Alimin araşdırmaları əsasən azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Bunda başqa onun Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında böyük xidmətləri olmuşdur.

Ölümü

Nəzakət Ağazadə 1979-cu ildə səfərdə olarkən vəfat edib. Sonradan onun tabutu Bakıya gətirilib.

Həmçinin bax

  • Həsən bəy Ağayev
  • Xədicə Ağayeva
  • Əliheydər Orucov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəzakət ağazadə sözünün mənası, nəzakət ağazadə haqqında məlumat. nəzakət ağazadə nədir? nəzakət ağazadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prometeizm

  • Mart 02, 2026

    1998-ci il

  • Mart 04, 2026

    İdiopatik

  • Fevral 27, 2026

    Linares (Xaen)

  • Fevral 27, 2026

    Vəndam

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst