Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İdiopatik xəstəlik dedikdə səbəbi məlum olmayan hər hansı bir xəstəlik nəzərdə tutulur. Termin qədim yunan dilindən ἴδιος (idios) -'öz' və πάθος (pathos)- 'əzab

İdiopatik

  • Ana Səhifə
  • Vikipediya
  • İdiopatik

İdiopatik xəstəlik dedikdə səbəbi məlum olmayan hər hansı bir xəstəlik nəzərdə tutulur. Termin qədim yunan dilindən ἴδιος (idios) -'öz' və πάθος (pathos)- 'əzab çəkən' sözlərinin birləşməsindən əmələ gəlmişdir və "özünə bənzər xəstəlik" mənasını verir. Bəzən xəstəlik zamanı ilkin səbəb aydın olmur, məsələn, ocaqlı seqmentar qlomeruloskleroz və ya ankilozlaşan spondiloartrit hallarında bu vəziyyətə rast gəlmək olar. Belə hallar idiopatik hesab olunur. Bəzi epilepsiya və insult formalarının idiopatik hallarını sinonim termin olan "kriptogen" ilə də izah etmək olar.

Mündəricat

Tibbin nailiyyətləri və yenilikləri

Tibb sahəsindəki nailiyyətlər xəstəliklərin səbəbləri və təsnifatını daha yaxşı anlamağa imkan verir. Əsas səbəblər aşkarlandıqca və spontan görünən hadisələrin səbəbləri aydınlaşdırıldıqca idiopatik hesab olunan halların faizi azalır.

Sinonimlərin istifadəsi

«Essential» terminindən «idiopatik» terminin sinonimi kimi də istifadə olunur (Essential hipertoniya, Essential trombositemiya, Essential tremor). «Birinci dəfə» (birinci dəfə baş verən biliar xolangit, birinci dəfə baş verən amenoreya), «ikinci dəfə» kimi terminlərdən də geniş istifadə olunur. Daha az yayılmış sinonim olan «aqnogen» qədim yunan dilindən agno - naməlum və gen - səbəb) termini tibbi terminologiyada qeyri-müəyyən mənşəyi nəzərdə tutur (aqnogen mieloid metaplaziya).

«Kriptogen» termini (qədim yunan dilindən crypto - gizli və gen - səbəb) idiopatik termininə yaxın məna ifadə edir. Bəzi xəstəliklərin təsnifatlarında «kriptogen» terminin istifadəsinə üstünlük verilir. Buna misal olaraq kriptogen insult, kriptogen epilepsiya xəstəliklərini göstərmək olar. «Kriptogen» termini xəstəliyin səbəbi sadə olduqda və ya gələcəkdə səbəbinin tapılma ehtimalı yüksək olduqda istifadə olunur.

İdiopatik olan anadangəlmə hallara da rast gəlmək mümkündür. Belə hallarda "idiopatik" termini "anadangəlmə" sözü ilə əvəz olunur. Bu termini isə yalnız dölün neonat dövründə əmələ gələn patofiziologiyaları üçün istifadə etmək olar.

Naməlum sindromlar

«Naməlum sindrom» (ing. syndrome without a name, SWAN) termini, uşaqlarda və ya gənclərdə genetik xəstəliyin olduğu halda, testlər vasitəsilə təsdiqlənə bilmədiyi zaman istifadə olunur. Öyrənmə çətinlikləri olan uşaqların yarısının (50 %) və anadangəlmə qüsurlu uşaqların isə altmış faizinin (60%) xəstəlik səbəblərini müəyyən edən diaqnoz hələ ki elmə məlum deyil.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇diopatik sözünün mənası, i̇diopatik haqqında məlumat. i̇diopatik nədir? i̇diopatik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Makar10

  • Fevral 25, 2026

    Çay daşı

  • Mart 01, 2026

    Cucumis melo

  • Mart 01, 2026

    Fəxrülmülk

  • Mart 01, 2026

    Talış şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst