Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəhər və ya Baylıq və ya Kənd və ya Uluş — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fə

Şəhər

  • Ana Səhifə
  • Vikipediya
  • Şəhər

Şəhər və ya Baylıq və ya Kənd və ya Uluş — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.

Bakı, Azərbaycan
Berlin, Almaniya
La - Pas, Boliviya
Yohannesburq, CAR
Kampala, Uqanda
Ankara, Türkiyə

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəhər anlayışı belədir:

Şəhər — əhalisinin sayı 15000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğun-da, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəz-ləri olan inzibati ərazi vahididir.

Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.

Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.

Mündəricat

Etimologiya mənşəyi

Qədim Türk mənşəli “Kənd”, “Balıq”, “Baylıq” və əsli Pəhləvi dilindən olan “şəhər” sözləri Türk dilində eyni mənada işlənir. Orta Asiya türkləri arasında "Daşkənd", "Səmizkənd" (Səmərqənd), "Yarkənd" kimi bir çox böyük şəhərlər bu adlarla adlandırılmışdır.[8] Qədim türklər bu sözü soğdlardan götürməzdən əvvəl “balıq” sözü şəhər sözü mənasında işlənmişdir. Bu söz şəhərləri qorumaq üçün tikilmiş divarların düzəldildiyi “gil” sözü ilə sıx bağlıdır. Şəhər sözü bir çox dillərdə sivilizasiya mənasını verən sözlərlə ifadə olunur. Məsələn, Yunan dilində “polis”, Ərəbcə “medina”, fransızca “cite”, İtalyanca “citta”, İspan dilində “ciudad”, Alman dili “stad” və Saksoniyadan Skandinaviyaya qədər qala və ya iqamətgah mənasını verən “burgh” . Latın dilində vətəndaşlıq mənasını verən "urbs" və "civitas" sözləri ilə müəyyən edilir.


Şəhər planlaşdırılması və şəhərsalma

Şəhərlərin planlaşdırılması ilə şəhərin memarlıq strukturu məşğul olur. Şəhərin düzgün fəaliyyət göstərməsi üçün onun nəqliyyat planlaşdırılması da vacibdir. Şəhərin inkişaf planı şəhərin inkişaf istiqamətini müəyyənləşdirir və beləliklə qarşıya çıxa biləcək neqativ halları, eləcə də urbanizasiyanın təsirini minimallaşdırmağa xidmət edir.

Şəhərlərin quruluşu

Şəhərlər öz aralarında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollarla əlaqələndirilir. Şəhərin daxilində yollar küçə şəklində paylanır, küçələrin kənarlarında binalar, evlər və başqa tikililər yaradılır. Binaların ətrafında sakinlərin hərəkəti üçün səkilər nəzərdə tutulur.

Şəhərdə binaların və tikililərin növləri:

  • inzibati və hökumət binaları
  • sənaye tikililəri
    • zavod
    • fabrik
    • anbarlar
  • yaşayış binaları və əhaliyə xidmət
    • evlər
    • mehmanxanalar
    • dükanlar
    • məişət xidməti binaları
  • ictimai iaşə yerləri
    • kafe
    • restoran
    • qəlyanaltıxana
  • İstirahət guşələri
    • parklar
    • teatrlar
    • mədəniyyət sarayları
    • kinoteatrlar
    • barlar
    • Tokio,Yaponiya
      sərgi salonlari
    • diskotekalar və rəqs meydançaları
  • ofis binaları.
  • səhiyyə ocaqları
  • Seul,Cənubi Koreya
    təhsil ocağı binaları
  • idman qurğuları
  • qəbristanlıq

Statistika

1900-cü ildə dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı ümumi əhali sayının 14%-ni təşkil edirdi. XX əsrin sonunda bu rəqəm 47%-ə çatdı. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır

ilŞəhərlərin əhalisinin sayı
18040.5 mlrd.
19852 mlrd.
20023 mlrd.

Tədqiqatçılar göstərirlər ki, əgər inkişaf bu sürətlə gedərsə, şəhər əhalisinin sayı hər 38 ilə ikiqat artacaqdır. 1950-ci ildə dünyanın 83 şəhərində əhalinin sayı 1 milyonu keçirdi. 2000-ci ildə bu rəqəm 411 oldu.

2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır.

1950196019701980199020002010
Tokio11.0 mln.16.5 mln.21.9 mln.25.0 mln.27.9 mln.28.7 mln.
Şanxay11.2 mln.11.2 mln.13.5 mln.17.2 mln.21.5 mln.
Mexiko13.9 mln.15.1 mln.16.4 mln.18.2 mln.
San Paulo12.1 mln.14.8 mln.17.8 mln.20.1 mln.
Osaka10.0 mln.10.5 mln.10.6 mln.10.6 mln.
Bombey12.2 mln.18.1 mln.24.3 mln.
Los-Anceles11.5 mln.13.1 mln.14.0 mln.
Pekin10.9 mln.14.2 mln.17.8 mln.
Kəlküttə10.7 mln.12.7 mln.15.6 mln.
Buenos-Ayres10.6 mln.11.4 mln.12.0 mln.
Seul10.6 mln.12.3 mln.13.0 mln.
Cakarta14.1 mln.19.2 mln.
Laqos13.5 mln.20.8 mln.
Tyansçin12.4 mln.15.6 mln.
Karaçı12.1 mln.17.6 mln.
Nyu Dehli11.7 mln.15.5 mln.
Manila10.8 mln.13.7 mln.
Qahirə10.7 mln.13.2 mln.
Moskva10.5 mln.13.1 mln.
Rio-de-Janeyro10.2 mln.11.1 mln.
Dəkkə10.2 mln.16.0 mln.
İstanbul11.7 mln.

Avropada əhalinin 50%-i əhalisinin sayı az olan şəhərlərdə yaşayır (5-10 min əhali), 25%-i əhalisi 10-250 min olan, yerdə qalan 25%-i əhalisinin sayı 250 mindən artıq olan şəhərlərdə yaşayırlar.

Şəhərlərin İnkişafı

Şəhərlər inkişafına görə Alfa, Betta, Qamma və Kafi kateqoriyalarına bölünür. Şəhərlərin bu kateqoriyalara uyğun sinifləndirilməsi "Globalization and World Cities Research Network" adlı araşdırma məntəqəsi tərəfindən apaılır. GaWCRN 2020-yə görə şəhərlərin bölünməsi aşağıda göstərilmişdir.

Alfa şəhərlər

Alfa ++ şəhərlər

Alfa ++ şəhərlər qlobal iqtisadiyyata görə ən inteqrasiya etmiş şəhərlərdir:

  • Böyük Britaniya London
  • ABŞ New York City

Alfa + şəhərlər

Alfa + şəhərlər London və New York-u tamamlayan digər yüksək inteqrasiya olunmuş şəhərlərdir və əsasən Sakit okean/Asiya üçün qabaqcıl xidmət ehtiyacları ödəyir.

  • Çin Pekin
  • Birləşmiş Ərəb Əmirlikləri Dubay
  • Honkonq Hong Kong
  • Fransa Paris
  • Çin Şanxay
  • Sinqapur Sinqapur
  • Yaponiya Tokyo

Alfa

  • Niderland Amsterdam (▲1)
  • Belçika Brüssel
  • ABŞ Chicago
  • Almaniya Frankfurt
  • İndoneziya Cakarta
  • Malayziya Kuala Lumpur
  • ABŞ Los Angeles
  • İspaniya Madrid
  • Meksika Mexico
  • İtaliya Milan
  • Rusiya Moskva
  • Hindistan Mumbay
  • Braziliya São Paulo
  • Avstraliya Sydney (▼1)
  • Kanada Toronto

Alfa -

  • Tailand Banqkok (▼1)
  • Hindistan (▲1)
  • ABŞ Boston (▲1)
  • Argentina Buenos Aires (▼1)
  • İrlandiya Dublin
  • Çin Guangzhou (▼1)
  • Türkiyə İstanbul (▼1)
  • Cənubi Afrika Respublikası Johannesburg
  • Portuqaliya Lisboa
  • Lüksemburq Lüksemburq
  • Filippin Manila
  • Avstraliya Melbourne (▼1)
  • Kanada Montreal
  • Almaniya München
  • Hindistan Yeni Dehli
  • Çexiya Praqa
  • Səudiyyə Ərəbistanı Ər Riyad
  • ABŞ San Francisco
  • Çili Santiago
  • Cənubi Koreya Seul (▼1)
  • Çin Şenzen
  • İsveç Stokholm
  • Çin Respublikası Taipei (▼1)
  • Avstriya Vyana
  • Polşa Varşava (▼1)
  • İsveçrə Zürich (▼1)

Həmçinin bax

Şəhər aqlomerasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəhər haqqında məlumat. Şəhər nədir? Şəhər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xlor

  • Fevral 23, 2026

    Teologiya

  • Fevral 23, 2026

    Həvari Pavel

  • Fevral 24, 2026

    Ornitoloji turizm

  • Fevral 23, 2026

    Rekonkista

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst