Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür.
| Kampala | |
|---|---|
| |
| 0°18′49″ şm. e. 32°34′52″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.190 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Digər | |
| kcca.go.ug | |
![]() Kampala | |
Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir.
Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Qalereya
- Kampala
Kampala şəhəri (1950-ci illər)
Şəhərətrafı Kampalanın görünüşü
Minibus (2019)
Kampala şəhərində Bəhai məbədi
Qəddafi məscidi
Kampala şəhərinin Qəddafi məscidindən görünüşü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kampala haqqında məlumat. Kampala nədir? Kampala nə deməkdir?
