Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dənizatının bədəninin qeyri-adi forması şahmat daşındakı atı xatırladır. Dənizatının bədənindəki çoxsaylı uzun tikanlar və lentşəkilli dəri çıxıntıları onu yosu

Dənizatı

  • Ana Səhifə
  • Vikipediya
  • Dənizatı

Cinsə 54-dən 57-yə qədər növ daxildir.

Dənizatı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Ranqsız:
Acanthomorpha
Dəstəüstü:
Acanthopterygii
Klad:
Percomorpha
Dəstə:
İynəbalığıkimilər
Fəsiləüstü:
Syngnathoidea
Fəsilə:
İynəbalıqları
Cins:
Dənizatı
Beynəlxalq elmi adı
Hippocampus
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  166487
NCBI  72046
EOL  46567766
FW  

Dənizatının bədəninin qeyri-adi forması şahmat daşındakı atı xatırladır. Dənizatının bədənindəki çoxsaylı uzun tikanlar və lentşəkilli dəri çıxıntıları onu yosunlar arasında görünməz və yırtıcılar üçün əlçatmaz edir. Müxtəlif növ dənizatlarının ölçüləri 2 ilə 30 sm arasında dəyişir. Dənizatlarının maraqlı bir xüsusiyyəti, erkəklərin gələcək nəsli kisəsində daşımasıdır.

Mündəricat

Yaşayış yeri

Dənizatları tropik və subtropik dənizlərdə yaşayır. Onlar hərəkətsiz həyat tərzi keçirirlər, quyruqları ilə bitki gövdələrinə yapışaraq və bədən rəngini dəyişərək, fonla tamamilə eyniləşirlər. Onlar bu cür özlərini yırtıcılardan qoruyur və qida üçün ov edərkən maskalanırlar. Dənizatları kiçik xərçəngkimilər və krivetlərlə qidalanır. Boruşəkilli xortum pipet kimi fəaliyyət göstərir — qida su ilə birlikdə ağıza sorulur.

Anatomiya

Onun gövdəsi suda şaquli şəkildə durur, çünki hava kisəsi bütün bədən boyunca yerləşir və arakəsmə ilə başı bədənin qalan hissəsindən ayırır. Baş hava kisəsi qarın boşluğundakından daha böyükdür, bu da üzən zamanı dənizatının şaquli vəziyyətini təmin edir.

Mənşəyi

Anatomik, molekulyar və genetik tədqiqatlar əsasında dənizatının çox dəyişmiş iynə balığı (lat. Syngnathinae) olduğu müəyyən edilmişdir. Dənizatlarının daşlaşmış qalıqlarına olduqca nadir rast gəlinir. Marekkia çayının formasiyalarından (İtaliyanın Rimini əyaləti) Hippocampus guttulatus (sinonim — Hippocampus ramulosus) növünün qalıqları daha çox öyrənilmişdir. Bu tapıntılar Aşağı Pliosen dövrünə (təxminən 3 milyon il əvvəl) aiddir. Ən erkən dənizatı fosilləri Sloveniyada tapılmış Orta Miosen dövrünə aid iki iynəbalığıkimi növ — Hippocampus sarmaticus və Hippocampus slovenicus hesab olunur. Onların yaşının 13 milyon il olduğu təxmin edilir. Molekulyar saat üsulunun məlumatlarına əsasən, dənizatları və iynəbalıqlarının növləri son Oliqosen dövründə parçalanmışdır. Bu cinsin tektonik hadisələrin səbəb olduğu böyük dayaz su sahələrinin yaranmasına cavab olaraq meydana gəldiyinə dair nəzəriyyə var. Geniş dayaz suların yaranması yosunların və nəticədə bu mühitdə yaşayan heyvanların yayılmasına səbəb oldu.

Çoxalması

Dənizatları digər heyvanlar kimi çoxalmır. Cütləşmə dövründə erkək dişiyə doğru üzür, hər iki balıq bir-birinə yapışır və bu anda erkək kisəsini geniş açır, dişi isə ora bir neçə yumurta atır. Sonrakı dövrdə dənizatının nəslini kişi yetişdirir. Dənizatları çox törəyən heyvanlardır və kişi kisəsindəki yumurtadan çıxan embrionların sayı 2 ilə 1000 və ya daha çox fərd arasında dəyişir. Adi bir dəniz atı dörd-beş il yaşaya bilər. Dənizatları, güclü cərəyan balaları aparacağı hallarında qabarma və çəkilmə ilə hərəkət edirlər. Çoxalma mövsümündə balalar hər 4 həftədən bir çıxır. Doğuşdan dərhal sonra balalar sərbəst buraxılırlar. Bəzi növlərin balaları axınla hərəkət edir, digərləri doğulduğu yerdə qalır.

Sayının azalması

Hal-hazırda dənizatları həssas növlər hesab olunur - onların sayı getdikcə azalır. Elmə məlum olan 57 dənizatı növündən 30-u Qırmızı Kitaba daxil edilmişdir. Bunun bir çox səbəbi var, onlardan biri Tayland, Malayziya, Avstraliya və Filippin sahillərində dənizatlarının kütləvi şəkildə tutulmasıdır. Onların ekzotik görünüşü, insanların onları suvenir və hədiyyə kimi istifadə etməsinə səbəb yaradır. Dənizatlarını nəsli kəsilməkdən yalnız böyük nəsilartırma qabiliyyəti xilas edir: bəzi növlər bir dəfəyə mindən çox bala törəyir.

Ədəbiyyat

  • Foster S. J.; Vincent C. J. Life history and ecology of seahorses: implications for conservation and management // Journal of Fish Biology[ing.] . 65 (ingilis) (1). Wiley-Blackwell. 2004. 1—61. doi:10.1111/j.0022-1112.2004.00429.x.
  • Amanda C.J. Vincent and Laila M. Sadler. Faithful pair bonds in wild seahorse, Hippocampus whitei // Animal Behaviour[ing.] . 50 (journal) (ingilis). № 6. Elsevier. 1995. 1557—1569. doi:10.1016/0003-3472(95)80011-5.
  • Amanda C.J. Vincent. A role for daily greetings in maintaining seahorse pair bonds // Animal Behaviour[ing.] . 49 (journal) (ingilis). Elsevier. 1995. 258—260. doi:10.1016/0003-3472(95)80178-2.
  • Amanda C.J. Vincent. A seahorse father makes a good mother // Natural History . 12 (ingilis). American Museum of Natural History. 1990. 34—43.
  • Amanda C.J. Vincent and Rosie Woodroffe. Mothers little helpers: patterns of male care in mammals // Trends in Ecology and Evolution . 9 (journal) (ingilis). № 8. 1994. 294—297. doi:10.1016/0169-5347(94)90033-7. PMID 21236858.
  • John Sparks. Battle of the Sexes: The Natural History of Sex. London: BBC Books[ing.]. 1999. ISBN 0-563-37145-5.
  • Sara A. Lourie, Amanda C.J. Vincent and Heather J. Hall. Seahorses: An Identification Guide to the World's Species and their Conversation. London: Project Seahorse. 1999.
  • Teske P. R., Hamilton H., Matthee C. A. & Barker N. P. Signatures of seaway closures and founder dispersal in the phylogeny of a circumglobally distributed seahorse lineage // BioMed Central[ing.] . 7 (journal) (ingilis). 2007. 138. doi:10.1186/1471-2148-7-138. PMID 17697373.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dənizatı sözünün mənası, dənizatı haqqında məlumat. dənizatı nədir? dənizatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Scolopacidae

  • Mart 03, 2026

    Diyez

  • Fevral 27, 2026

    Xörək duzu

  • Mart 01, 2026

    Siqi

  • Mart 01, 2026

    Parfenon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst