Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Qarabağ silsiləsinin yamaclarında, Cəbrayıl şəhərindən 15 km şi

Sirik

  • Ana Səhifə
  • Vikipediya
  • Sirik

Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Qarabağ silsiləsinin yamaclarında, Cəbrayıl şəhərindən 15 km şimal-qərbdə yerləşir.

Sirik
39°25′07″ şm. e. 46°54′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.258 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 68 nəf. (2005)
Xəritəni göstər/gizlə
Sirik xəritədə
Sirik
Sirik

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Mündəricat

Toponimikası

Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur.

Tarixi

Rusiya İmperiyası dövründə Sirik kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun eyni adlı kənd sovetliyinin tərkibində idi. Kənddə səkkizillik məktəb, kitabxana, klub və tibb mərkəzi mövcud idi.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.

22 oktyabr 2020-ci il tarixində, Azərbaycan Prezidenti İlham Əliyev Sirik kəndinin azad edildiyini və Azərbaycanın nəzarətinə qaytarıldığını elan etmişdir.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Maşanlı kənd dairəsinin Sirik kəndində 43 ev var idi və burada 252 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan sünni olan kəndlilər yaşayırdı.

1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Sirik kəndində 100 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Əhmədli kənd sovetliyinə daxil olan Sirik kəndində 70 təsərrüfat və 430 sakin var idi. Kənd sovetliyinin bütün əhalisi azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.

1983-cü ildə kənddə 512 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi və üzümçülüklə məşğul olurdu.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sirik sözünün mənası, sirik haqqında məlumat. sirik nədir? sirik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Foça

  • Fevral 27, 2026

    Tana gölü

  • Fevral 27, 2026

    Tac arteriyalar

  • Mart 06, 2026

    Çjentszyan

  • Mart 06, 2026

    Abasbəyli

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst