Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli

Alma püresi

  • Ana Səhifə
  • Vikipediya
  • Alma püresi

Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır.

Hazır alma püresi (satınalma)
Dilimlənmiş Alman üsulu alma püresi

Yağ əvəzləyicisi kimi istifadə oluna bilər.

Hazır alma püresi supermarketlərdən əldə edilə bilər.

Mündəricat

Tarixi

Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir.

Hazırlanması

Ev üsulu alma püresinin hazırlanması

Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər. Dad qatmaq üçün şəkər, ədviyyatlar və ya limon şirəsi də əlavə edilə bilər.

İstifadəsi

Alma püresi daha çox qışda tədarük edilmək üçün hazırlanır. Ana yeməyin yanında servis edilə bilər. Qızardılmış kartof və tərəvəzlərlə birgə qəbul edilməsi tövsiyə edilir. Məsələn, İsveç və Britaniyada alma püresi qızardılmış donuz ətinin dadlandırıcısı kimi istifadə olunur. Almaniyada kartof blini, Niderlandda isə kartof qızartması ilə servis olunur. ABŞ-da da daha çox digər yeməklərin yanında servis edilir, həm də desert kimi ayrılıqda, eləcə də alma püreli tortun hazırlanması zamanı istifadə olunur. Həmçinin qəlyənaltı kimi tost çörəyi ilə tədarük olunur. Fransada alma püresinə kompot deyilir və desert kimi otaq temperaturunda servis edilir. Eləcə də Portuqaliyada maçã cozida (bişmiş alma) ayrıca desertdir.

Alma sousundan çörək bişirərkən yağ və ya yumurta əvəzi istifadə edilə bilər.

İshal əleyhinə istifadəsi

Pektin maddələri (alma püresi hazırlanarkən də əlavə oluna bilər) ilə zəngin olduğundan, diareyanın qarşısını almaq üçün evdə istifadə edilə bilən vasitə kimi çıxış edir. Alma püresi, buna görə də BRAT pəhrizi kimi tanınan, ishal və mədə problemləri olan uşaqlara kömək etmək üçün hazırlanmış rejimin tərkib hissəsidir: B — banan (ing. banana), R — düyü (ing. rice), A — alma sousu (ing. apple sauce) və T — tost çörəyi (ing. toast).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alma püresi sözünün mənası, alma püresi haqqında məlumat. alma püresi nədir? alma püresi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zərdüştçülük

  • Mart 03, 2026

    Riçard Stolman

  • Mart 06, 2026

    Terri Kryus

  • Fevral 27, 2026

    X Karl

  • Fevral 18, 2026

    Amsterdam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst