Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müs

Halet Çambel

  • Ana Səhifə
  • Vikipediya
  • Halet Çambel

Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın.

Halet Çambel
türk. Halet Çambel
Doğum tarixi 27 avqust 1916(1916-08-27)
Doğum yeri
  • Berlin, Prussiya, Almaniya Reyxi[d]
Vəfat tarixi 12 yanvar 2014(2014-01-12) (97 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Həyat yoldaşı
  • Nail Vəhdəti Çakırxan
Təhsili
  • Robert Kolleci,
  • Sorbonne Paris Universiteti,
  • İstanbul Universiteti
Fəaliyyəti antropoloq, arxeoloq, fencer, universitet müəllimi[d], Hittitologist[d]
Elmi dərəcəsi
  • professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi.

Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir. 1944-cü ildə doktorluq dərəcəsini alır. İki il Almaniyanın Saar Universitetində qonaq professor olaraq çalışır. 1984-cü ildə o, emerita dərəcəsinə yüksəlir.

1936-cı ildə Olimpiya Oyunlarında qılıncoynatmada Türkiyəni təmsil edir. Olimpiya oyunlarına qatılan ilk müsəlman qadın hesab olunur. İkinci Dünya müharibəsi bitdikdən sonra İstanbul Universitetində arxeologiya dərsləri verən Alman memarı Helmut Bossertin yanında təhsil alır. Birlikdə eramızdan əvvəl XII əsrə aid yaşayış məskəni olan Karatəpədə qazıntılar aparırlar. Qazıntılarda eramızdan əvvəl Bahadır Alkımda iştirak edir.

Halet Çambel Türkiyənin mədəni irsinin qorunmasını müdafiə edir. Arxeologiya üçün dəyərli ərazilərin su basmasına səbəb ola biləcəyi üçün Ceyhan çayı üzərində bənd tikilməsinə qarşı çıxır. Halet Çambel əlahiyyətliləri daşqının qarşısını almaq üçün suyun səviyyəsini endirməyə inandıra bilir.

2004-cü ildə Çambel Hollandiyalı Şahzadə Klaus mükafatına layiq görülmüşdür.

12 yanvar 2014-cü ildə İstanbulda vəfat edir.

Şəxsi həyatı

Olimpiya oyunlarından qayıtdıqdan dərhal sonra Çambel jurnalist və memar Nail Çakırxanla tanış olur. Çambel ilə Nail Çakırxan ikincisinin ölümünə qədər təxminən yetmiş il evli olmuşlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, halet çambel sözünün mənası, halet çambel haqqında məlumat. halet çambel nədir? halet çambel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Aax (Baden-Vürtemberq)

  • Fevral 27, 2026

    Gülüstan (kitab)

  • Fevral 27, 2026

    Göyçay (çay)

  • Mart 06, 2026

    Sərdar Kərimov

  • Fevral 27, 2026

    Monqoloid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst