Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sədi Şirazinin "Gülüstan" əsəri 1258-ci ildə yazılmış və fars ədəbiyyatının şah əsərlərindən biri sayılan nəsr və nəzm formasında bir əsərdir. "Gülüstan" ("Gül

Gülüstan (kitab)

  • Ana Səhifə
  • Vikipediya
  • Gülüstan (kitab)

Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri.

Gülüstan
گلستان‎‎
Əsərin 1645-ci il Moğol dövrünə aid əlyazmasından Sədi Şirazinin Gül bağçasında (Gülüstanda) miniatürü
Əsərin 1645-ci il Moğol dövrünə aid əlyazmasından Sədi Şirazinin Gül bağçasında (Gülüstanda) miniatürü
Müəllif Sədi Şirazi
Janr Roman
Orijinalın dili Farsca
Orijinalın nəşr ili 1258
Tərcüməçi Məmmədağa Soltan (şeirlər), Rəhim Sultanov və İsmayıl Şəms (nəsr)
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 400 (2017)
Tiraj 50
Əvvəlki Bustan
ISBN-13 ISBN 978-9952-812-54-1 (2017)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sədi Şirazinin "Gülüstan" əsəri 1258-ci ildə yazılmış və fars ədəbiyyatının şah əsərlərindən biri sayılan nəsr və nəzm formasında bir əsərdir. "Gülüstan" ("Gül bağı") Sədinin etik-didaktik fikirlərini, cəmiyyətin və insan həyatının müxtəlif tərəflərini tərənnüm edən bir əsər kimi tanınır. Əsər qısa hekayələr və öyüdlərdən ibarətdir və dərin mənəvi, etik dərslərlə zəngindir.

"Gülüstan" səkkiz fəsildən ibarətdir və hər fəsil müəyyən bir mövzunu əhatə edir: 1. Padşahların davranışı 2. Dərvişlərin əxlaqı 3. Qənaət və razılıq 4. Sükutun faydaları 5. Sevgi və gənclik 6. Yaşlılıq və zəiflik 7. Tərbiyə və tərbiyə üsulları 8. Dua və Tanrı ilə əlaqə

"Gülüstan"ın üslubu çox sadə və aydın, lakin dərin məna ilə doludur. Sədi hekayələr vasitəsilə hikmətli dərsləri çatdırır, insanlara yaxşı əxlaq, doğruluq, ədalət, təvazökarlıq və mərhəmət kimi dəyərləri aşılayır. Hekayələrində Sədi, həm adi insanlar, həm də hökmdarlar üçün əhəmiyyətli həyat dərsləri verir.

Bu əsər yalnız fars dünyasında deyil, bir çox dillərə tərcümə edilərək dünya ədəbiyyatına da böyük təsir göstərmişdir.

Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" və "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

"Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Nəşr və tərcümə

Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz qabığı

Əsərdəki şeirlər Məmmədağa Sultanov, nəsr isə Rəhim Sultanov və İsmayıl Şəms tərəfindən 1962-ci ildə Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. Müəlliflər əsərin elmi-tənqidi mətni əsasında daha da təkmilləşdirib 1987-ci ildə Bakıda, "Azərnəşr"də yenidən nəşr etdirmişlər.

"Gülüstan" və "Bustan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir. Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.

“Gülüstan” əsəri 2013-cü ildə İranın paytaxtı Tehranda ərəb qrafikası ilə Azərbaycan dilində təkrar nəşr olunmuşdur. İki min nüsxə ilə çap olunan kitabın 6-cı və 7-ci səhifələrində yerləşdirilmiş cədvəldə latın və ərəb qrafikalı Azərbaycan əlifbalarının hərfləri, söz və söz birləşmələri yerləşdirilmişdir. Bu nəşr 1987-ci il nəşri əsasında hazırlanmışdır.

Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə çap edilib. Kitaba Şirazinin iki ən məşhur əsəri – "Gülüstan" və "Bustan" əsərləri salınıb.

Həmçinin bax

  • Bustan
  • Sirlər xəzinəsi
  • Kəlilə və Dimnə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülüstan (kitab) haqqında məlumat. Gülüstan (kitab) nədir? Gülüstan (kitab) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qustav Maler

  • Fevral 27, 2026

    Tərcüman (qəzet)

  • Fevral 27, 2026

    Skandinav ölkələri

  • Fevral 25, 2026

    Min

  • Fevral 27, 2026

    Luis Enrike

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst