Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Guinness — 18-ci əsrdə Artur Qinness tərəfindən İrlandiyanın Dublin şəhərində əsası qoyulmuş irland viskisi brendi. Brend hal-hazırda mərkəzi Britaniyada yerləş

Guinness

  • Ana Səhifə
  • Vikipediya
  • Guinness

Guinness — 18-ci əsrdə Artur Qinness tərəfindən İrlandiyanın Dublin şəhərində əsası qoyulmuş irland viskisi brendi. Brend hal-hazırda mərkəzi Britaniyada yerləşən transmilli spirtli içki istehsalçısı Diageo-ya məxsusdur. Guinness dünyanın ən uğurlu spirtli içki brendlərindən biridir. O, 50-yə yaxın ölkədə istehsal edilir və 120-dən çox ölkədə satışı mövcuddur. Brendin satışı 2011-ci ildə 850 000 000 litr təşkil etmişdir. İstehlakın 2001-ci ildən etibarən azalmasına baxmayaraq, Guinness & Co. pivə zavodunun hər il təxminən 2 milyard avro dəyərində pivə istehsal etdiyi İrlandiyada bu, ən çox satılan spirtli içkidir. İrlandiyanın Dublin şəhərindəki Guinness pivə zavodunun ərasində yerləşən və XX əsrdə brendin mağazası kimi istifadə edilmiş tikili bu gün muzey kimi fəaliyyət göstərir və şəhərdəki turistik məkanlardan biridir. Muzey 2000-ci ildə açılandan bəri 20 milyondan çox ziyarətçi qəbul etmişdir.

Guinness
Loqonun şəkli
Növü Pivə
Alkoqol 4,2 %
İstehsalçı Diageo
Mənşəsi
  •  İrlandiya
Yaradıldığı il 1759
Rəngi qara (rəsmi olaraq olduqca tünd yaqut qırmızısı kimi təsvir edilib)
guinness.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Artur Qinness pivə istehsalına 1759-cu ildə Dublindəki Saint James Gate pivə zavodunda (sonralar Guinness pivə zavodu kimi tanınıb) başlayıb. 31 dekabr 1759-cu ildə o, bu istifadəsiz pivə zavodu üçün illik 45 funt sterlinq olmaqla 9000 illik icarə müqaviləsi imzalayıb. Bundan on il sonra, 19 may 1769-cu ildə Qinnes Böyük Britaniyaya altı yarım barel olmaqla ilk pivə ixracınını həyata keçirmişdir.

1868-ci ildə Guinness artıq ilk üç Britaniya və İrlandiya pivə istehsalçısından biri idi və satışları 1868-ci ildə 350 000 barreldən 1876-cı ildə 779 000 barrelə yüksəlmişdi. 1886-cı ildə isə şirkət orta hesabla 1 138 milyon barel satış etdi. Bu rəqəm pivə zavodunun öz pivəsini reklam etməkdən və ya endirimlə təklif etməkdən imtina etməsinə baxmayaraq əldə edilmişdi. Guinness heç bir paba sahib olmasa da, şirkət 6 milyon funt sterlinq dəyərində qiymətləndirilirdi və səhmlərin ilk ticarət günündə səhmlərə olan tələb miqdarı təklif olunan səhm miqdarından 20 dəfə çox idi.

1914-cü ilə qədər Guinness ildə 2 652 milyon barel pivə istehsal edirdi ki, bu da ən yaxın rəqibi olan Bass-ın istehsalından iki dəfə çox idi və şirkət İngiltərənin ümumi pivə bazarının 10 faizindən çoxuna sahib idi. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Saint James Gate zavodunun işçiləri Britaniya qüvvələrinə qoşulmağa təşviq edildi. Müharibədə 800-dən çox işçi xidmət etmişdi ki, bu da şirkət tərəfindən həyata keçirilən bir sıra tədbirlərlə bağlı idi. Belə ki, əsgərlərin ailələrinə maaşlarının yarısı verilirdi və onların qayıtdıqdan sonra yenidən zavoddakı işlərinə sahib olacaqlarına zəmanət verilirdi. Şirkətin müharibə iştirak etmiş 800 əməkdaşından 103-ü geri qayıtmamışdır.

İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə Böyük Britaniya İrlandiyanı Müttəfiq dövlətləri dəstəkləməyə məcbur etmək üçün bəzi ticarət məhdudiyyətləri tətbiq etmişdi. Lakin daha sonra bu məhdudiyyətlər aradan qaldırılmış və bunun əsas səbəbi ingilislər arasında Guinness-ə olan tələb olmuşdur.

1939-cu ilə qədər Guinness zavodunda işləyən bir pivə istehsalçısı katolik biri ilə evlənmək istəyərsə, istefa etməli idi. Tomas Mollo Irish Independent -də yazırdı ki, "o [Guinness], katoliklərə içki satmaqdan çəkinmirdi, amma 1960-cı illərə qədər onları işə götürməmək üçün əlindən gələni edirdi."

1980-ci illərdə Londonda və Britaniyanın digər hissələrində Müvəqqəti İrlandiya Respublikası Ordusunun bombalama kampaniyası yayılmağa başladı və bu dövrdə Guinness arfanı öz loqosu kimi qəbul etdi.

Şirkət 1997-ci ildə Grand Metropolitan ilə birləşərək Diageo-nu yaratdı. Birləşmə ilə bağlı mübahisələr səbəbi ilə şirkət Diageo-nun tərkibində ayrıca bir qurum kimi saxlanıldı və məhsula və brendin bütün əlaqəli ticarət nişanlarına olan hüquqları özündə saxlamışdır. Beləliklə, məhsullar 1997-ci ildə qısa bir müddət ərzində Diageo korporativ adı altında ticarət edilməsinə baxmayaraq, hal-hazırda ənənəvi Guinness brendi altında ticarətinə davam edilir.

2017-ci ildə Diageo filtrasiya prosesində istifadə olunan heyvan mənşəli vasitələrdən imtina edərək pivəsini vegetarianlar və veganlar tərəfindən istehlak üçün uyğun hala gətirdi.

Tərkibi

Guinness "staut" adlanan pivə növü brendidir. O, su, arpa, malt (səməni) ekstraktı, mayaotu çiçəyi və pivə mayasından hazırlanır. Arpanın bir hissəsi içkiyə özünəməxsus tünd rəngini və xarakterik dadını vermək üçün qovrulur. Qarışıq daha sonra pasterizə olunur və süzülür. 1950-ci illərin sonlarına qədər Guinness hələ də taxta çəlləklərdə hazırlayırdı. 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində şirkət taxta çəlləkləri alüminium çəlləklərlə əvəz etdi və həmin çəlləklərə "dəmir ağciyərlər" ləqəbi verilmişdi.

Çeşidlər

  • Guinness Draft
  • Guinness Foreign Extra Stout
  • Guinness Special Export Stout
  • Malta Guinness,
  • Guinness Zero ABV
  • Guinness
  • Guinness Red
  • 250 Anniversary Stout
  • Guinness West Indies

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, guinness sözünün mənası, guinness haqqında məlumat. guinness nədir? guinness nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avstriya kronu

  • Fevral 27, 2026

    Seriyalı qatil

  • Fevral 27, 2026

    Niue

  • Fevral 27, 2026

    Ensizyarpaq lavanda

  • Fevral 27, 2026

    Nizamülmülk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst