Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub. O, Qazıməmməd rayonunda yeddi illik

Zivər Ağayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Zivər Ağayeva

Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi.

Zivər Ağayeva
Doğum tarixi 1934(1934)
Doğum yeri
  • Qarasu, Azərbaycan
Vəfat tarixi 22 iyun 2015(2015-06-22) (80–81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair, yazıçı, mahnı yazarı[d]
Əsərlərinin dili Azərbaycan dili

Mündəricat

Həyatı

Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub. O, Qazıməmməd rayonunda yeddi illik məktəbi bitirdikdən sonra 1951-ci ilə qədər Bakı Tibb Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1962–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Zivər Ağayeva 22 iyun 2015-ci ildə Bakıda vəfat edib.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1968-ci ildə "Azərbaycan qadını" jurnalında başlamış, poeziya, müxbir məktubları şöbələrinin redaktorları vəzifələrində çalışmışdır. 1993-cü ildə təqaüdə çıxıb.

Yaradıcılığı

Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib və dövri mətbuatda şeirləri ilə çıxış edib. 1965-ci ildə "Ana" və "Oğul istəyirəm" şeirləri "Azərbaycan qadını" jurnalında dərc edilib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. O, 9 kitabın müəllifidir.

Zivər Ağayeva "Yaşa, mənim xalqım", "Ana torpaq", "Mən baharın qızıyam", "Necə unudum səni", "Aldatmayaq bir-birimizi", "Axtarır gözüm səni", "Darıxıram", "Dünya", "Sən olmasan", "Xoşum gəlir", "Unuda bilmirəm" və "Bülbülüm" də daxil olmaqla 200-ə yaxın mahnının sözlərinin müəllifidir. Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova və Məmmədbağır Bağırzadə də daxil olmaqla Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.

Kitabları

  • "Sürəyyanın yuxusu", Bakı: Gənclik, 1971
  • "Özün seç, özün bəyən", Bakı: Gənclik, 1975
  • "İlk baharda gəlmişəm", Bakı: Gənclik, 1979
  • "Dənizlə görüş", Bakı: Gənclik, 1984
  • "Kimlərə qaldı dünya", Bakı: Şirvannəşr, 2001
  • "Axar sular geri dönməz", Bakı: Azərnəşr, 2009

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zivər ağayeva sözünün mənası, zivər ağayeva haqqında məlumat. zivər ağayeva nədir? zivər ağayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabağlar (Şərur)

  • Mart 06, 2026

    Athene

  • Mart 06, 2026

    Pirokatexin

  • Mart 06, 2026

    Rolant Roqman

  • Mart 01, 2026

    Məşq

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst