Pirokatexin (1,2-dihidroksibenzol) — kimyəvi formulu C6H4(OH)2 olan üzvi birləşmə, iki atomlu fenol.
| Pirokatexin | |
|---|---|
| |
| |
| Ümumi | |
| Kimyəvi formulu | C6H4(OH)2 |
| Fiziki xassələri | |
| Molyar kütlə | 110,11 q/mol |
| Sıxlıq | 1,34 ± 0,01 q/sm³ |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | 105 °C |
| Qaynama nöqtəsi | 240 °C |
| Partlama həddi | 1,4 ± 0,1 % (V/V) |
| Buxarın təzyiqi | 10 ± 1 mm Hg |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 120-80-9 |
| PubChem | 289 |
| EINECS-də qeyd. nöm. | 204-427-5 |
| SMILES | |
| InChI | |
| RTECS | UX1050000 |
| ChEBI | 18135 |
| ChemSpider | 13837760 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
Dihidroksibenzolun mümkün üç izomerindən biri, digər ikisi hidroxinon və rezorsin.
Tarixi
Pirokatexin 1839-cu ildə alman kimyaçısı H.Reynş tərəfindən katexin ekstraktının quru qovulması nəticəsində alınmışdı. 1880-ci ildə də C.M.Eder və B. Tot tərəfindən təklif edilmişdi.
Fiziki xassələri
Fenol qoxusu olan ağ kristallar, işıqda və havada, qəhvəyi rəngə qədər qaralır. Suda yaxşı həll olunur(43 q 100 ml suda).
Alınması
Halogen əvəz olunan fenolların qələvilərlə reaksiyası zamanı pirokatexinin natrium duzu alınır və sonra sulfat turşusuyla turşulaşdırdıqda pirokatexin alınır.
Kimyəvi xassələri
Pirokatexinin kimyəvi xassələri fenolların xassələrinə malikdir. Ftal anhidridi ilə reaksiya zamanı alizarin və qistazarin əmələ gəlir.
Xlorsirkə turşusunun xloranhidridi ilə katalizator POCl3 və ya AlCl3 iştiraki ilə adrenalon(V) sonra isə adrenalin (VI) alınır.
Toksikliyi
Pirokatexin alerqik reaksiya verə bilər və eyni zamanda mutagen və kanserogen xüsusiyyətlərə malikdir. Dərinin şiddətli qıcıqlanmasına və dermatitə səbəb olur.
Tətbiqi
Pirokatexin dərman preparatların istehsalında(məs.adrenalinin), şəkil çəkmə prosesində fotoreagent kimi, xəzlərin rənglənməsində istifadə olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pirokatexin sözünün mənası, pirokatexin haqqında məlumat. pirokatexin nədir? pirokatexin nə deməkdir?

