Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692 və ya 1691, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dö

Rolant Roqman

  • Ana Səhifə
  • Vikipediya
  • Rolant Roqman

Rolant Roqman (nid. Roelant Roghman; 14 mart 1627, Amsterdam, Hollandiya qraflığı – 3 yanvar 1692 və ya 1691, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası.

Rolant Roqman
nid. Roelant Roghman
Doğum tarixi 14 mart 1627(1627-03-14)
Doğum yeri
  • Amsterdam, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası
Vəfat tarixi 3 yanvar 1692(1692-01-03) (64 yaşında) və ya 1691(1691) (63–64 yaşında)
Vəfat yeri
  • Amsterdam, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası
Fəaliyyəti rəssam, qravüraçı, oymaçı
Janrlar Rəsmxət, qravür
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb. O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi.

Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir. Onun digər bacısı Maqdalena Roqman da qravüraçı idi. Onların əsasən Şimali Hollandiya və Utrext əyalətlərindəki qala və mülkləri əks etdirən iki yüzdən çox qravürdən ibarət mənzərə silsiləsi çox məşhur idi. Rolant heç vaxt evlənməyib və Amsterdamdakı yaşlılar üçün sədəqə evində vəfat edib.

O, bacılarından başqa Yan Qriffier və Piter Vauermanın da müəllimi olub.

Qalereya

  • Balıqçı ilə dağ mənzərəsi. 1650-1692-ci illər arasında. Kətan üzərində yağlı boya. Reyksmüzyem, Amsterdam.
    Balıqçı ilə dağ mənzərəsi. 1650-1692-ci illər arasında. Kətan üzərində yağlı boya. Reyksmüzyem, Amsterdam.
  • Dağ mənzərəsi. 1642-ci və 1692-ci illər. Kətan üzərində yağlı boya. Tvente Dövlət muzeyi, Enshede.
    Dağ mənzərəsi. 1642-ci və 1692-ci illər. Kətan üzərində yağlı boya. Tvente Dövlət muzeyi, Enshede.
  • Mənzərə. 1650-ci il. Kağız, fırça, qələm, mürəkəkb. Metropoliten muzeyi Nyu-York.
    Mənzərə. 1650-ci il. Kağız, fırça, qələm, mürəkəkb. Metropoliten muzeyi Nyu-York.
  • Yoldan xəndəkli Loensloot qalasının görünüşü. 1646-cı il. Kağız, fırça, qələm, mürəkkəb. Bələdiyyə Arxivi, Utrext
    Yoldan xəndəkli Loensloot qalasının görünüşü. 1646-cı il. Kağız, fırça, qələm, mürəkkəb. Bələdiyyə Arxivi, Utrext
  • Damları olan həyətdən Utrextdəki Bişopşofun görünüşü. 1640-cı və 1650-ci illər arasında. Oyulma.
    Damları olan həyətdən Utrextdəki Bişopşofun görünüşü. 1640-cı və 1650-ci illər arasında. Oyulma.
  • Sahil qayaları. Ofort
    Sahil qayaları. Ofort
  • Sloten kilsəsinə doğru Osdorperveq mənzərəsi. 1645-1650-ci illər arasında. Ofort
    Sloten kilsəsinə doğru Osdorperveq mənzərəsi. 1645-1650-ci illər arasında. Ofort

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rolant roqman sözünün mənası, rolant roqman haqqında məlumat. rolant roqman nədir? rolant roqman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kering

  • Fevral 27, 2026

    Yukon

  • Mart 06, 2026

    Qoturbulaq (Loru)

  • Fevral 27, 2026

    19 aprel

  • Fevral 27, 2026

    Dördbucaqlı

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst