Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Omar Apollo (20 may 1997, Hobart[d], İndiana) — ABŞ müğənnisi, mahnı yazarı. 2022-ci ildə Warner Records ilə müqavilə bağladıqdan sonra debüt studiya albomu ola

Omar Apollo

  • Ana Səhifə
  • Vikipediya
  • Omar Apollo

Omar Apollo (20 may 1997, Hobart[d], İndiana) — ABŞ müğənnisi, mahnı yazarı. 2022-ci ildə Warner Records ilə müqavilə bağladıqdan sonra debüt studiya albomu olan "Ivory[ing.]"-ni təqdim edib. Bu albom olduqca müsbət dəyərləndirilib. Omar, 65-ci Qremmi mükafatları mərasimində "Ən yaxşı yeni artist" kateqoriyası üzrə "Qremmi" mükafatına namizədlik əldə etmişdir. İstər ingiliscə, istərsə də ispanca mahnılar oxuyur.

Omar Apollo
Ümumi məlumatlar
Doğum tarixi 20 may 1997(1997-05-20) (28 yaş)
Doğum yeri
  • Hobart[d], Leyk Kaunti[d], İndiana, ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2017-ci ildən
Janr
  • R&B
  • alternativ R&B
  • pop
Albom şirkəti
  • AWAL
  • Warner
omarapollo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Omar Apolonio Velasko 20 may 1997-ci ildə İndiana ştatının Hobart şəhərində doğulub. Valideynləri Meksikanın Quadalahara şəhərindən ABŞ-yə mühacirət edəndə Omar hələ dünyaya gəlməmişdi. Ailədə özündən başqa üç böyük qardaş-bacısı var. Ata və anası ailəni dolandırmaq üçün müxtəlif peşələrdə çalışıb.

O, uşaq olanda "ballet folkloriko[ing.]" rəqsi ilə məşğul olurdu. Kilsə xorunda da oxuyurdu. Omar 12 yaşında ikən valideynlərindən elektrikli gitara almalarını istəmişdi. Bircə, gitarası üçün "amp" almamışdılar. Omar sonralar gitarasını lombardda akustik gitara ilə dəyişdirib. 17 yaşında ikən notbuk və mikrofon almaq üçün lazım olan pulu qarşılamaqdan ötrü "McDonald's"-da işə başlamışdı. O, YouTube-da kaver videolarına baxıb onları təqlid edərək oxumağı və musiqi ifa etməyi öyrənmək üçün bu vasitələrdən istifadə edib.

Omar çalğı alətlərində ifa etməyi əmisi (və ya dayısından) əxz etmişdir.

Fəaliyyəti

Omar 19 yaşında ikən "Jimmy John's" və "Guitar Center" kimi musiqi alətlərinin satıldığı mağazalarda çalışırdı. İşçisi olduğu bu mağazalar ona endirim etmişdi. Omar fürsətdən yararlanaraq özünə musiqi alətləri almışdı. O zamanlar o, valideynlərinin evini yenicə tərk etmişdi. Müvəqqəti yaşayış yeri kimi dostlarından birinin evinin çardağında məskunlaşmışdı. Elə vaxtlar olub ki, yeddi dostu da onunla həmin çardaqda gecələyib. O, ilk mahnılarını həmin qaldığı yerdə yazıb. Mahnılarını əvvəlcə SoundCloud hesabı üzərindən yayımlayırdı. Dostlarından biri ona "mahnılarını mütləq Spotify-a qoymalısan" deyə tövsiyə vermişdi. Dostuna qulaq asaraq "Ugotme" mahnısını həmin platformaya yerləşdirib. Omarın bəxti gətirmiş və mahnısı Spotify-ın məşhur pleylistlərindən birinə salınmışdır. Deyir ki, sözügedən mahnısı bir-iki gün ərzində 50 mindən çox oxudulub.

Şəxsi həyatı

Omar geydir. Meksika vətəndaşlığına sahibdir. Valideynləri onu təşviq etmişdilər ki, universitetə getsin. Musiqi karyerasına görə iki həftə davam etdikdən sonra universitetdən ayrılıb.

Diskoqrafiya

Studiya albomları

  • Ivory[ing.] (2022)
  • God Said No[ing.] (2024)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, omar apollo sözünün mənası, omar apollo haqqında məlumat. omar apollo nədir? omar apollo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    1869-cu il

  • Mart 06, 2026

    Frayburq FK

  • Mart 01, 2026

    Benedikt Telinqator

  • Mart 06, 2026

    Karina Maruyama

  • Mart 01, 2026

    Andrey Karlov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst