Vyaçeslav Vasilyeviç Tixonov (rus. Вячеслав Васильевич Тихонов; 8 fevral 1928[…], Pavlovskiy Posad, Moskva quberniyası[d] – 4 dekabr 2009[…], Moskva) — SSRİ və Rusiya kinoaktyoru.
| Vyaçeslav Tixonov | |
|---|---|
| Vyaçeslav Vasilyeviç Tixonov | |
| |
| Doğum adı | Вячеслав Васильевич Тихонов |
| Doğum tarixi | |
| Doğum yeri | Moskva, RSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, Rusiya |
| Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
| Dəfn yeri | |
| Fəaliyyəti | kino aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d], aktyor |
| Fəaliyyət illəri | 1948–2006 |
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
| IMDb | ID0863146 |
Həyatı
Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir, amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotikdən istifadə edən Vladimir dünyasını dəyişir.
Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur, amma bu ailənin də ömrü uzun olmur. V. Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir.
Kino karyerası
Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon-Ştirlis rolu olur, amma aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. Çünki, burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.
Mükafatları
- RSFSR əməkdar artisti — 23 oktyabr 1962
- RSFSR xalq artisti — 1969
- SSRİ dövlət mükafatı — 1970
- SSRİ xalq artisti — 13 avqust 1974
- Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı — 1976
- "Oktyabr inqilabı" ordeni — 1978
- Lenin komsomolu mükafatı — 1979
- Lenin mükafatı — 1980
- Sosialist Əməyi Qəhrəmanı — 1982
- Lenin ordeni — 1982
Filmoqrafiya
- Gənc qvardiya (film, 1948)
- Baharın on yeddi anı (film, 1973)
- Qaraqulaq ağ Bim (film, 1977)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vyaçeslav tixonov sözünün mənası, vyaçeslav tixonov haqqında məlumat. vyaçeslav tixonov nədir? vyaçeslav tixonov nə deməkdir?
