Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 19 iyun 1894, Kəfr əş-Şeyx mühafəzəsi[d] – 29 may 1978, Kəfr əş-Şeyx mühafəzəsi[d]) Misir kralı I Fuadın həyat yol

Nazlı Səbri

  • Ana Səhifə
  • Vikipediya
  • Nazlı Səbri

Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 19 iyun 1894, Kəfr əş-Şeyx mühafəzəsi[d] – 29 may 1978, Kəfr əş-Şeyx mühafəzəsi[d]) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi.

Nazlı Səbri
məsri. نازلى صبرى
Doğum tarixi 19 iyun 1894(1894-06-19)
Doğum yeri
  • Kəfr əş-Şeyx mühafəzəsi[d], Misir
Vəfat tarixi 29 may 1978(1978-05-29) (83 yaşında)
Vəfat yeri
  • Kəfr əş-Şeyx mühafəzəsi[d], Misir
Dəfn yeri
  • Müqəddəs Xaç qəbiristanlığı (Kalver-Siti)[d]
Həyat yoldaşı
  • I Fuad
Uşaqları
  • I Faruq,
  • Fövziyyə bint Fuad
Dini

Katolik Kilsəsi

(əvvəlki İslam)
Fəaliyyəti kraliça-konsort[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb. 1919-cu il mayın 12-də Fuad ondan 26 yaş kiçik olsa da, bunu istədi. 1919-cu il mayın 24-də Qahirədə Bustan sarayında Nazlı Sultan Fuadla evləndi. Nazlı ilə Fuadın ikinci evliliyi idi. Daha sonra Abbasilər sarayındakı hərəmxanaya köçürüldü.

1936-cı ildə Kral Fuadın ölümündən sonra onun oğlu Faruq Misirin yeni kralı, Nazlı Səbri isə kraliça ana oldu. Qardaşı Şərif Səbri Paşa Faruq azyaşlı ikən qurulan üç nəfərlik Sultanlıq Şurasında xidmət edirdi. 1946-cı ildə Misiri tərk edən Nazlı böyrək xəstəliyindən müalicə üçün ABŞ-yə getdi.

1950-ci ilin avqustunda Kral Faruq anası Nazlı Səbri və bacısı Şahzadə Fəthiyənin hüquq və titullarından məhrum etdi. Buna səbəb Şahzadə Fəthiyənin Nazlının da dəstəklədiyi, Faruqun isə qarşı çıxdığı Kopt xristian Riyad Qali ilə evlənməsi olub. Nazlı daha sonra xristianlığı qəbul etdi və adını Meri Elizabeth olaraq dəyişdirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nazlı səbri sözünün mənası, nazlı səbri haqqında məlumat. nazlı səbri nədir? nazlı səbri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tümenski

  • Fevral 27, 2026

    Gübrə

  • Fevral 23, 2026

    Komor

  • Fevral 27, 2026

    Litium

  • Mart 06, 2026

    Aşağı Qullar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst