Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupska

Natalya Varley

  • Ana Səhifə
  • Vikipediya
  • Natalya Varley

Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989).

Natalya Varley
rus. Наталья Варлей
Doğum adı Natalya Vladimirovna Varley
Doğum tarixi 22 iyun 1947 (78 yaş)
Doğum yeri Konstansa, Rumıniya Rumıniya
Vətəndaşlığı SSRİ SSRİ → Rusiya Rusiya
Həyat yoldaşı Nikolay Burlyayev
Vladimir Tixonov
Uşağı Vasili
Atası Vladimir Viktoroviç Varley
Anası Ariadna Sergeyevna Senyavina
Fəaliyyəti aktrisa
şairə
Fəaliyyət illəri 1966-cı ildən
Təhsili
  • Dövlət Sirk və Estrada Sənəti Kolleci[d] (–1965),
  • Boris Şukin adına Teatr İnstitutu[d] (–1971),
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu (1984)
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0890046
natalyavarley.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur.

Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir . Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir.

1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür.

Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gəlir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin Rəngli bulvardakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır.

İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetməsinə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N. Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur.

Onun bütün SSRİ-də tanınmasına isə sayca 2-ci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilmişdi. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır.

Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şşukin adına teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S. Stanislavski adına Moskva dram teatrının aktrisası olmuşdur.

1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurmuşdur. Bu izdivacdan onların Vasiliya adlı oğulları dünyaya gəlmişdir. 1980-ci illərdə Ədəbiyyat institutuna daxil olmuş və 2-ci kursda oxuyarkən ikinci oğlu anadan olmuşdur.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1966Göy qurşağının formuluФормула радугиtibb bacısı
1966Qafqaz əsiri və ya Şurikin yeni macəralarıКавказская пленница, или Новые приключения ШурикаNina
1967ViyВийPannoçka
1969QızılЗолотоMusya Volkova
1970QaçışБегkeçisaç qız
1970Yefreytor Zbruyevin yeddi adaxlısıСемь невест ефрейтора ЗбруеваQalina Listopad
197112 stul12 стульевYelizaveta
1971Qara quru çörəkrus. Чёрные сухари
alm. Schwarzer Zwieback‎
Tatyana
1973Meqre və oturacaqdakı adamМегрэ и человек на скамейкеMonik Ture
1973Dmitri KantemirДмитрий КантемирRodika
1974Üç gün MoskvadaТри дня в МосквеOlya Potapova
1975İyirmi doqquzuncu ilin baharıВесна двадцать девятогоElla Mixaylovna
1975Böyük attraksionБольшой аттракционDaşa Kalaşnikova
1975Sirkdə sirkçex. Cirkus v cirkuse
rus. Соло для слона с оркестром
Tanya İvanova
1976TopazТопазSüzi Kurtua
1978Bu gün və ya heç vaxtСегодня или никогдаTanya
1978SeçimВыбор
1979Elə belə olacaqТак и будетOlqa Fyodorovna
1980KlounКлоунTaya
1980Mənim atam idealistdirМой папа — идеалистAlyona
1981Köhnə məktubСтарые письмаLiza
1981Keçid yaş dövrüПереходный возрастİzolda
1981Yeganə kişiЕдинственный мужчинаVika Mikulina
1982Gözləmirdik, güman etmirdik!Не ждали, не гадали!professorun arvadı
1982Böyümək istəmirəmНе хочу быть взрослымYekaterina Orlova
1983TilsimТалисманDükün anası
1983HarayНабат"Tanya" / İrina Radçuk
1984Əvvəlcədən duya bilmədikНам не дано предугадатьNesterovun arvadı
1984Gələcəkdən gəlmiş qonaqГостья из будущегоməşqçi Marta Erastovna Skrıl
1977-
1984
Alovlu yollarözb. Olovli yoʻllar
rus. Огненные дороги
Mariya Kuznesova
1986Təhlükəli mükafatОпасный призLyubov İvanovna
1986Kənar şəxslərə girişə icazə verilirПосторонним вход разрешёнDimanın anası
1989Gənclik səhvləriОшибки юности
1992Yad oyunЧужая играana
1993Bolşevik döngəsinin kiçik adamları və ya pivə istəyirəmМаленькие человечки Большевистского переулка, или Хочу пиваVera
1994Zümrüd şəhərinin sehrbazıВолшебник Изумрудного городаBastinda / Ginqema
1997Əsas məsələ haqqında köhnə mahnılar 2Старые песни о главном 2Nina
200512 ay12 месяцевtərbiyəçi
2005OskarОскарŞarlotta
2006Boz Köpəklər cinsindən olan canavar itiВолкодав из рода Серых ПсовKenderatın anası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, natalya varley sözünün mənası, natalya varley haqqında məlumat. natalya varley nədir? natalya varley nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mark Şattlvort

  • Fevral 27, 2026

    Yuri Averbax

  • Mart 02, 2026

    Kostanay

  • Fevral 23, 2026

    Viktor Vasnetsov

  • Fevral 24, 2026

    Səməd Vurğun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst