Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Cabbar oğlu Səlimbəyov (1888, Şamaxı – 1951, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Süleyman Səlimbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Səlimbəyov

Süleyman Cabbar oğlu Səlimbəyov (1888, Şamaxı – 1951, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Süleyman Səlimbəyov
Doğum tarixi 1888
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1951 (62–63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1907-ci ildən
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Mündəricat

Həyatı

Süleyman Səlimbəyov 1888-ci ildə Şamaxıda anadan olmuşdur. Səhnəyə 1907–1908-ci illərdə çıxmış, əsasən, "Nicat" cəmiyyətinin, 1919–1936-cı illərdə hazırkı Akademik Milli Dram Teatrının truppasında olmuşdur. 1936-cı ildə Lənkəranda yeni açılmış teatrın yaradıcılığına təkan vermək üçün oraya ezam edilmişdir. 1940-cı illərin ortalarına qədər qısa fasilələrlə Lənkəran Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişdir. Arada bir neçə rayon teatrında, həmçinin Akademik sənət ocağında aktyorluq etmişdir.

Süleyman Səlimbəyov Lənkəran teatrında Mirzə İbrahimovun "Həyat", Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Cəfər Cabbarlının "Yaşar", "1905-ci ildə", "Od gəlini" əsərlərini tamaşaya hazırlamışdır.

Aktyor 1951-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940

İfa etdiyi əsas rollar

RolTamaşaMüəllif
Heydər bəyHacı QaraMirzə Fətəli Axundov
Gürcü bəyNadir şahNəriman Nərimanov
Heydər bəyÖlülərCəlil Məmmədquluzadə
Aslan bəyAnamın kitabıCəlil Məmmədquluzadə
Əmirqulu xanAğa Məhəmməd şah QacarƏbdürrəhim bəy Haqverdiyev
KəndliBəxtsiz cavanƏbdürrəhim bəy Haqverdiyev
Səlim bəyDağılan tifaqƏbdürrəhim bəy Haqverdiyev
ÖzdəmirAfətHüseyn Cavid
Əli paşaTopal TeymurHüseyn Cavid
PlatonŞeyx SənanHüseyn Cavid
AltunbayOd gəliniCəfər Cabbarlı
ŞüheybTrablis müharibəsi və ya UlduzCəfər Cabbarlı
Dövlət bəyAydınCəfər Cabbarlı
İvanovYaşarCəfər Cabbarlı
Aslan bəyOqtay EloğluCəfər Cabbarlı
Heydər bəyLaçın yuvasıSüleyman Sani Axundov
Bobçinski və İvan KuzmiçMüfəttişNikolay Qoqol
AslanQafqaz çiçəkləriRudolf Rotşild
Qrafİki yetiməAdolf D'Enneri və Kermon
Anteron de MaritiQanlı qalaAleksandr Düma
Lord EdvardKapitan Qrantın uşaqlarıJül Vern
Şah-KlavdiHamletUilyam Şekspir
Don LoyesDon JuanJan-Batist Molyer
Cənab de StenvalJorj DandenJan Batist Molyer

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, süleyman səlimbəyov sözünün mənası, süleyman səlimbəyov haqqında məlumat. süleyman səlimbəyov nədir? süleyman səlimbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Coan Riverz

  • Mart 06, 2026

    Natiq Rəsulov

  • Fevral 27, 2026

    Kohoutek 4-55

  • Fevral 27, 2026

    Rusiya iqtisadiyyatı

  • Mart 06, 2026

    Eva

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst