Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsərin ilk oxunuşu 1913-cü ildə[mənbə göstərilməlidir] Şuşada[mənbə göstərilməlidir] keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulm

Ölülər (pyes)

  • Ana Səhifə
  • Vikipediya
  • Ölülər (pyes)

Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya.

Ölülər
Ölülər
Janr Tragikomediya
Müəllif Cəlil Məmmədquluzadə
Orijinal dili Azərbaycanca
Yazılma ili 1909
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əsərin tarixi və ilk səhnələşdirilməsi

Tamaşanın "Kaspi" qəzetindəki elanı

Əsərin ilk oxunuşu 1913-cü ildə[mənbə göstərilməlidir] Şuşada[mənbə göstərilməlidir] keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. 1916 il aprelin 29-da Bakıda[mənbə göstərilməlidir] , Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rejisoru H. Ərəblinski[mənbə göstərilməlidir] idi. İsgəndər rolunda M. Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.[mənbə göstərilməlidir]

Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan "Açıq söz" qəzetinin 1 may 1916 il sayındakı "Ölülər" haqqında təəssürat məqaləsində deyilirdi: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan "Ölülər" draması tamaşa edilirdi". Sonra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar. "Müəllif səhnəyə çıxanda bir alqış tufanı qopdu". "Açıq söz"ün müxbiri bu təntənədəki görkəmli tamaşaçılara müraciətlə öz təəssüratlarını bildirmələrini xahiş edir. Onlar deyirlər: "Şeyx Nəsruallahın ölüləri diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə ola bilməz". [mənbə göstərilməlidir]

Sultan Məcid Qənizadə yazırdı: ""Ölülər" son komediyalarımız içində parlaq bir mövqe tutur. "Ölülər"də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. "Ölülər" mühərrirində bəzən Qoqol ruhu yaşar". Hüseyn Cavid isə qeyd edirdi ki, artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlman həyatında böyük rollar oynayacaqdır. Üzeyir Hacıbəyov isə "Ölülər"i "Molla Nəsrəddin" kimi, baltanı dibindən vuran bir pyes adlandırmışdı.

Personajların prototipləri

  • Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, Mirzə Cəlilin dediyinə görə, şeyxin ölüləri diriltməsi əhvalatı əsla uydurma deyil. Bir vaxtlar İrəvan quberniyasında belə bir hadisə baş vermişdi. Pyesin bütün tipləri Naxçıvan camaatından götürülmüşdür.
  • Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, atası "rus Əhməd" kimi çağrılan Əhməd bəy Cavanşirin bir dostu Ağcabədinin Hüsülü kəndindən olan İsgəndər Hacı Həsən oğlu yerli ruhaniləri vecinə almadan öz üzümündən şampanabənzər şərab çəkirmiş və buna görə də ona "kefli İsgəndər" deyirlərmiş. Ancaq kefli İsgəndərin prototipi kimi bir sıra adamların, məsələn, hüquqşünas Paşa bəy Hacı Ələkbər bəy oğlu Sultanovun (1868/1869–1942) da adı çəkilir.

Ədəbiyyat

  • Cəlil, Məmmədquluzadə. Əsərləri (PDF) ( (az.)). I. Öndər. 2004. səh. 664. ISBN 9952-416-17-1. İstifadə tarixi: 17 dekabr 2014.
  • Həmidə xanım Cavanşir. Xatirələrim. II nəşr. Bakı, 2012

Həmçinin bax

Vikimənbədə Ölülər ilə əlaqəli mətnlər var.
  • Cəlil Məmmədquluzadə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölülər (pyes) haqqında məlumat. Ölülər (pyes) nədir? Ölülər (pyes) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehdi

  • Fevral 27, 2026

    Mahmudlu (Qubadlı)

  • Fevral 27, 2026

    Viskonsin

  • Fevral 24, 2026

    Antoni Cenkinson

  • Fevral 27, 2026

    Mesrop Maştots

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst