Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox ma

Aleksandr Düma

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Düma

Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.

Aleksandr Düma
fr. Alexandre Dumas
Doğum adı Alexandre Dumas Davy de la Pailleterie
Doğum tarixi 24 iyul 1802(1802-07-24)[…]
Doğum yeri
  • Ville-Kotre[d][…]
Vəfat tarixi 5 dekabr 1870(1870-12-05)[…] (68 yaşında)
Vəfat yeri
  • Pyuys[d], Dənizkənarı Sena, Ot-Normandi
Vəfat səbəbi insult
Dəfn yeri
  • Panteon[d]
  • Villers-Kotterets qəbirstanlığı[d]
Həyat yoldaşı
  • İda Ferrier[d] (1840–1859)
Uşaqları
  • Aleksandr Düma[…],
  • Henri Bauer[d],
  • Mari Aleksandrin Düma[d],
  • Mikayölla-Kleli-Cozefa-Elizabet Kordier[d]
Atası Tomas-Aleksandr Düma[d]
Anası Mari-Lüis-Elizabet Laboret Düma[d]
Fəaliyyəti romançı, dramaturq, yazıçı
Fəaliyyət illəri 1829-cu ildən
Əsərlərinin dili fransız dili
Tanınmış əsərləri
  • Qraf Monte Kristo,
  • Üç muşketyor,
  • Kraliça Marqo[d],
  • İyirmi il sonra[d],
  • Qrafinya de Monsoro[d],
  • Cozef Balzamo[d],
  • Qırx beş mühafizəçi[d],
  • Braqelonne Vikomte: On il sonra[d],
  • Kraliçanın boyunbağısı[d],
  • Qrafinya de Şarni[d],
  • Anje Pitu[d]
Üzvlüyü
  • "Katolik İzabella" ordeni[d]
Mükafatları Order of Glory "III Karl" ordeni "Katolik İzabella" ordeni "Niderland şiri" ordeninin cəngavər dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1837
İmza
Vikimənbənin loqosu Aleksandr Düma Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Ville-Kotre şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır. O, əmək fəaliyyətinə notariat kontorunda xidmətə başlamış, lakin bu iş onu qane etmədiyindən meylini teatra salmışdır. Teatra maraq onun ədəbi fəaliyyətinin başlanğıcını müəyyənləşdirmiş və o, ədəbiyyata dramaturq kimi daxil olmuşdur. Düma həyatda çox bədxərc insan olmuş, nəticədə müflisləşmişdir. Ağır vəziyyəti və dalınca düşmüş kreditorlar onu Belçikaya qaçmaq məcburiyyəti qarşısına qoymuşdur. Bu vəziyyətdə ikən övladları – qızıyla məşhur dramaturq oğlu ona dayaq olmuşdur.

Düma dramaturq kimi 1826–1830-cu illərin geniş romantik savaşında mühüm rol oynamış və onun dram əsərləri həmin vaxt çox böyük əks-səda yaratmışdır. 1829-cu ildə gənc Dümanın ilk sanballı əsəri olan "III Henrix və onun sarayı" adlı tarixi dramı səhnələşdirilir. Bu milli tarixi əsər ilk növbədə köhnə klassisizm qanunlarına qarşı yönəlmiş tipik romantik dram əsəri idi. Burada antik süjetlər yerinə XVI əsr Fransa həyatının hadisələri və tarixi şəxsiyyətlər səhnəyə çıxmışdı. Bundan əlavə Düma klassisizm faciəsinin zaman, məkan, hərəkət birliyi qaydalarına da qətiyyətlə son qoyur. "III Henrix və onun sarayı" əsərində nə zaman, nə məkan sabitliyi var. Hərəkət burada heç bir zaman məhdudiyyətinə məruz qalmır.

"III Henrix və onun sarayı" əsərinə görə əldə etdiyi uğur Dümaya dəbdə olan yazıçı şöhrəti qazandırmışdır. O, atası kimi respublikaçı olduğunu nümayiş etdirərək 1830 və 1848-ci illərdə barrikadalarda görünür.

1830-cu il inqilabını Düma böyük heyranlıqla qarşılamışdı. O, iyul hadisələrində yaxından iştirak etmiş, liberal xadim Lafayetin tapşırığı ilə üsyançılar üçün barıt dalınca Suassona və milli ordu sıralarının təşkili üçün Vandeyə getmişdi. 30-cu illərin əvvəlində o, İyul inqilabının azadlıq ideyalarına hüsn-rəğbət nümayiş etdirmiş, hökumətin tutduğu mürtəce kursa hiddətini bildirmişdi. Düma general Lamarkın dəfn mərasimində iştirak etmişdir.

İyul inqilabından təsirlənən Dümanın dram əsərləri bu hadisələrdən az müddət sonra hələ də davam edən xalq üsyanları şəraitində yayıldığı üçün romantik və üsyankar xarakter daşıyır. Nəşri 1831-ci ilə təsadüf edən "Antoni" dramında Paris cəmiyyətinin yüksək təbəqəsi tənqid atəşinə tutulur. Əsərin qəhrəmanı atılmış, əsli-nəcabəti məlum olmayan Antoni adlı gənc silk üstünlükləri və onu rədd edən mühitə qarşı mübarizə aparır. Mövcud qanunlarla hesablaşmaq istəməyən baş qəhrəman öz məhəbbəti uğrunda mübarizəyə qalxır. Məsələ burasındadır ki, bu dram əsəri kübar cəmiyyətə, onun köhnəlmiş adət-ənənələrinə və üstünlüklərinə müharibə elan edən qabaqcıl gənclərin duyğu və hisslərinə uyğun gəlirdi. Qarşısıalınmaz mənəvi azadlığın cəsarətli təsdiqi və dramın faciəli sonluğu – Antoni sevgilisini rüsvayçılıqdan qurtarmaq üçün onu öz əlləri ilə öldürür. Bunlar hamısı tamaşanın uğurlu alınmasına gözəl zəmin yaratmışdı. Əsər İyul inqilabı ilə bağlı mühitin yüksək ümidlərinə cavab verirdi.

Dümanın 1830-cu illərdə yazdığı "Kin" (1836) və digər romantik dramları melodram xarakterini alır, buradakı münaqişələr çox vaxt xoşbəxt sonluqlu olur.

Aleksandr Düma Qafqaza səfəri zamanı çuxa və papaqda

Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat etmişdir. O, Villers-Koteretsdə dəfn edilmişdir.

Yaradıcılığı

  • Üç muşketor haqqında əsərləri:
    • "Üç muşketyor" (1844)
    • "İyirmi il sonra" (1845)
    • "Vikont de Brajelon və ya on il sonra" (1847)
  • "Qraf Monte Kristo" (1845–46)
  • "İki Diana" (1846)
  • IV Henrix haqqında əsərləri:
    • "Kraliça Marqo" (1845)
    • "Qrafinya de Monsoro" (1846)
    • "Qırx beş" (1847)
  • Fransız inqilabı haqqında əsərləri:
    • "Cüzeppe Balzamo və ya həkimin məktubları" (1846–48)
    • "Şahzadənin boyunbağı" (1849–50)
    • "Anj Pitu" (1853)
    • "Qrafinya de Şarni" (1853–55)
    • "Şevalye de Mezon-Ruj" (1845)
  • "Qara zanbaq" (1850)
  • "Qafqaz səfəri"

Filmoqrafiya

  1. Natəvan (film, 1982)
  2. Atəşgah (film, 2001)
  3. Mahur-hindi (film, 2001)
  4. Düma ömrünün qırx günü (film, 2002)
  5. Bakı bağları. Buzovna (2007-ci ilin filmi)

Həmçinin bax

  • Qafqaza səyahət (balet)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Düma haqqında məlumat. Aleksandr Düma nədir? Aleksandr Düma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lahıc (Zaqatala)

  • Fevral 26, 2026

    Hüseyn Arif

  • Fevral 27, 2026

    Yevlax

  • Fevral 27, 2026

    Xanagah

  • Fevral 27, 2026

    Nüşabə Babayeva-Vəkilova

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst