Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arayatlı (bəzi mənbələrdə - Arayatılı) — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.

Arayatlı

  • Ana Səhifə
  • Vikipediya
  • Arayatlı

Arayatlı (bəzi mənbələrdə - Arayatılı) — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.

Arayatlı
39°28′58″ şm. e. 47°22′35″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Bələdiyyə Əhmədalılar bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 147 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 026
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Arayatlı xəritədə
Arayatlı
Arayatlı

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

Toponimikası

Araz çayının sol sahilindən bir qədər aralı düzənlikdədir. XIX əsrə aid sənədlərdə Mustafa Sərkarlı adı ilə verilir. 1933-cü ildə Arayatılı şəklində qeydə alınmışdır. Belə güman edilir ki, toponim XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş türkdilli uryat tayfasının adını özündə əks etdirir. Etnonim isə türk dillərindəki ara (orta) və yat/yatuq (hərəkət etməyən, oturaq türk) sözlərindən olub "mərkəzdə yerləşən oturaq türklər" deməkdir. Burada -lı şəkilçisi aidlik, mənsubluq ifadə edir.

Tarixi

Kəndin adı bəzi mənbələrdə "Oriyadlı" kimi qeyd olunmuşdur.

Arayatlı tayfa adıdır. XII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş tayfalardan (Uryat, Oyrat, Sukait, Kinqut, Curyat, Saray, Calair, Tanqut, Dördbet və s.) Uryat tayfasının adı ilə bağlıdır. Salyan rayonunda Böyük Oriyad və Kiçik Oriyad kənd adları ilə mənşəcə eynidir.

XIX əsrin ortalarında bu kənd "Mustafa Sərkarlı" da adlanmışdır.

Birinci qarabağ müharibədsində Arayatlı kəndi dəfələrlə atəşə məruz qalmışdır.

7.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Arayatlı bələdiyyəsi olub.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.2-ci bəndinə əsasən: "Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yaradılmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1043 nəfər əhali yaşayır.

Tanınmışları

  • Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı.
  • Ramin Hacılı (1 sentyabr 1983) — Azərbaycanlı siyasətçi, "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

  • Füzuli rayonu
  • Füzuli rayonunun Arayatlı bələdiyyəsi
  • Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arayatlı sözünün mənası, arayatlı haqqında məlumat. arayatlı nədir? arayatlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Valeri Qazzayev

  • Fevral 27, 2026

    İpək (komiks)

  • Fevral 27, 2026

    Pavel Milyukov

  • Fevral 28, 2026

    Kenquru

  • Fevral 27, 2026

    Metodizm

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst