Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güclü uzun ayaqları ilə tullanaraq hərəkət edən kenquru uzun quyruğu ilə (3-cü ayaq kimi istifadə edir) müvazinətini saxlayır. Hər ayağında 4 barmaq var və barm

Kenquru

  • Ana Səhifə
  • Vikipediya
  • Kenquru

Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi.

Kenquru
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Metatheria
Klad:
Marsupialiformes
İnfrasinif:
Kisəlilər
Dəstəüstü:
Australidelphia
Klad:
Eomarsupialia
Dəstə:
İkikəsicidişlilər
Yarımdəstə:
Macropodiformes
Fəsilə:
Kenqurular
Yarımfəsilə:
Macropodinae
Cins:
Kenquru
Beynəlxalq elmi adı
  • Macropus G.Shaw, 1790
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  552447
NCBI  9312
EOL  11012

Kenqurular arxaya tullana bilmir.

Mündəricat

Bədən quruluşu

Güclü uzun ayaqları ilə tullanaraq hərəkət edən kenquru uzun quyruğu ilə (3-cü ayaq kimi istifadə edir) müvazinətini saxlayır. Hər ayağında 4 barmaq var və barmaqlar dırnaq ilə sonlanır.

Başı və ağzı nisbətən kiçikdir, qulaqları isə genişdir.

Kenqurunun çantası

Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar.

Reproduksiya

Kenqurunun südü

Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənində hazırlanmış tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər vardır. Ana kenquru suya girdiyi zaman da bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısı alınır. Kenquruların südü balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir. İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə fərqli tərkibə malik üç süd növü istehsal edilir. Hər bala onun üçün hazırlanan südü asanlıqla tapır.

Kenqurunun növləri

Kenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zelandiyada onların hamısına rast gəlmək olar. Kenquru növlərinin ən böyüyü Kürən (sarı) kenqurudur. Onun kütləsi 90 kiloqrama yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kiloqramdır.

Kenqurunun qidalanması

Marallar və qəzəllər kimi, Cənub yarımkürəsində yaşayan kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar.

Etimologiyası

Kenquru Avstraliya qitəsinin bəzəyi sayılır. Avstraliyaya ilk dəfə gələn ingilislər hələ o vaxta qədər dünyanın heç bir yerində bu cür qəribə heyvan görməmişdilər. Onlar bu qəribə heyvanı göstərib yerli sakinlərdən onun adını soruşmuşlar. Yerlilər də ingilislərin nə dediyini anlamırlar və Avstraliya dilində "Kenquru" sözünü eşidən ingilislər elə bilirlər ki, bu söz elə həmin heyvanın adıdır. Onlar bu heyvanı da Avropaya "Kenquru" adı ilə tanıdırlar. Beləcə, Avstraliyanın aborogenlərinin dilində "mən sizi anlamıram" sözü bu qəribə heyvanın adına çevrilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kenquru haqqında məlumat. Kenquru nədir? Kenquru nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Düzənlik

  • Fevral 27, 2026

    Xələc (Qubadlı)

  • Fevral 27, 2026

    Ferritlər

  • Fevral 24, 2026

    9 dekabr

  • Fevral 27, 2026

    Əfşan Qədimbəyova

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst