Arayatlı bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
| Bələdiyyə | |
| Arayatlı bələdiyyəsi | |
|---|---|
| Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı bələdiyyəsi | |
| Ölkə | |
| Daxildir | Füzuli rayonu |
| İnzibati mərkəz | Arayatlı |
| Bələdiyyə sədri (sonuncu) | Rəhimov Elmir Tapdıq oğlu |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1999 |
| Ləğv edilib | 2024 |
| Əhalisi | |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Statistik kodu | 60604007 |
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 7502 |
| VÖEN | 7500120331 |
| Telefon kodu | 994 26 |
| Avtomobil nömrəsi | 19 |
Tarixi
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Arayatlı bələdiyyəsi olub.
2014–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
28.01.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və onun 09.09.2020-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.
2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi), Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi.
05.04.2024-cü il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi qəbul edilib və Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.
Mərkəzi və ərazisi
Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Arayatlı kəndi olmuşdur.
"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:
| Bələdiyyənin adı | VÖEN | Bələdiyyə ödəyicisi üçün vergi kodu | Bələdiyyənin statistik kodu | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|
| Füzuli rayonunun Arayatlı bələdiyyəsi | 7500120331 | 7502 | 60604007 | Arayatlı kənd iəd | 60604005 | Arayatlı kəndi | 60604018 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arayatlı bələdiyyəsi sözünün mənası, arayatlı bələdiyyəsi haqqında məlumat. arayatlı bələdiyyəsi nədir? arayatlı bələdiyyəsi nə deməkdir?