Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983, XIII arondisman) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006).

Melani Loran

  • Ana Səhifə
  • Vikipediya
  • Melani Loran

Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983, XIII arondisman) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006).

Melani Loran
Doğum adı Mélanie Eugénie Laurent
Doğum tarixi 21 fevral 1983(1983-02-21) (43 yaş)
Doğum yeri
  • XIII arondisman, Paris
Uşağı Leo (2013)
Atası Pyer Loran
Anası Annikk Loran
Fəaliyyəti kinorejissor, ssenarist, model[d], kino aktrisası, müğənni
Fəaliyyət illəri 1999-cu ildən
Mükafatları "Xidmətlərə görə" ordeninin cəngavər dərəcəsi — 2017 "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi — 2022 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri — 2014
IMDb ID0491259
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir.

1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü. 2008-ci ildə Loran "Azdan daha aza doğru" (fr. De moins en moins) filminin ssenarisini yazır və onun rejissoru olur. 7 dəqiqəlik filmin məzmununu psixiatr və xəstənin ünsiyyəti təşkil edir. Bu film 61-ci Kann kinofestivalında Ən yaxşı qısametrajlı film nominasiyasında mükafata namizəd olmuşdu. 2008-ci ildə "Onun ayaqlarına doğru" adlanan erotik filmdə çəkilmişdir. Bu film Canal+ Fransa telekanalı vasitəsilə nümayiş olunmuşdur.

Şəxsi həyatı

Loran həmkarlarından biri fransız aktyoru Jülyen Buasseye ilə uzunmüddətli münasibətdə olmuşdur.

Aktrisa 2013-cü ildə ailə həyatı qurmuşdur. Onun ilk övladı olan oğlu Leo 2013-cü ilin sentyabrında anadan olmuşdur.

Filmoqrafiya

Aktrisa kimi

İlAzərbaycanca adıOrijinal adıRol
1998Sofinin bədbəxtliyifr. Les malheurs de SophieMadlen de Flervill
1999İki çay arasında körpüfr. Un pont entre deux rivesLizbet
2000Gecənin yolufr. Route de nuitFrançeska
2001Bu mənim bədənimdirfr. Ceci est mon corpsKlara
2002Kimi istəyirsənsə, öpfr. Embrassez qui vous voudrezKerol
2003Jan Mulen: Fransız işifr. Jean Moulin, une affaire françaiseAlisa Argüel
2004Səni gözləyən həyatfr. Une vie à t'attendrefabrikdəki qız
2004Düyü rapsodiyasıçin. 海南雞飯Sabin
2004Sonuncu günfr. Le Dernier JourLuiza
2005Qəlbim daha döyünmürfr. De battre mon cœur s'est arrêtéMinskovun rəfiqəsi
2005Alisanın üzüfr. Les Visages d'AliceAlisa
2006Vətənpərvərlərfr. IndigènesMarqaret
2006Narahat olma, mən yaxşıyamfr. Je vais bien, ne t'en fais pasLili
2007Gizli sevgiit. L'amore nascostoSofi
2007Qatilfr. Le tueurStella
2007Ölüm otağıfr. La Chambre des mortsLüsi
2008Parisfr. ParisLeyetitiya
2008İşgüzar səfərfr. Voyage d'affairesmehmanxana işçisi
2009Sənə qədərfr. Jusqu'à toiŞlö
2009Şərəfsiz əclaflaring. Inglourious BasterdsŞoşanna Dreyfus
2009Konsertfr. Le ConcertAnn-Mari Jake
2010Qarətfr. La RafleAnnet Mono
2010Başlayanlaring. BeginnersAnna
2011Həyatın qanadlarıfr. Pollen
ing. Wings of Life
mətni oxuyan
2011Qatil üçün rekviyemfr. Requiem pour une tueuseLükres
2011Və qəflətən bütün dünya məni rahat buraxırfr. Et soudain tout le monde me manqueCastin
2011Qəbul edilmişlərfr. Les adoptésLiza
2013Lissabona gedən gecə qatarıing. Night Train to Lisbon
alm. Nachtzug nach Lissabon‎
gənc Estefaniya
2013İndi sən məni görürsəning. Now You See MeAlma Drey
2013Düşməning. EnemyMeri
2014Yuxarıing. AloftCannia Ressmor

Rejissor və ssenarist kimi

İlAzərbaycanca adıOrijinal adıFilmdə iştirakıFilmin növü
2008Azdan daha aza doğrufr. De moins en moinsrejissor, ssenaristQısametrajlı bədii film
2008-
2009
İks qadınlarfr. X Femmesrejissor, ssenaristBədii televiziya filmi
2011Qəbul edilmişlərfr. Les adoptésrejissor, ssenaristBədii film
2014Nəfəsfr. RespirerejissorBədii film

Mükafatlar və nominasiyalar

Mükafatlar

Prix Romy-Schneider (2006)
Ən yaxşı ümidverici aktrisa nominasiyasında "Sezar" mükafatı (2006)

Nominasiyalar

Ən yaxşı qısametrajlı film nominasiyasında "Qızıl Palma Budağı"na namizəd (2008)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, melani loran sözünün mənası, melani loran haqqında məlumat. melani loran nədir? melani loran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Narino

  • Fevral 27, 2026

    Fəryal Qadınəfəndi

  • Mart 01, 2026

    1477-ci il

  • Mart 06, 2026

    Fransua-Henri Pino

  • Fevral 27, 2026

    Məhəmmədəli Rəcai

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst