Göylər Dağ və ya Göylərdağ — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd, Göylər kənd inzibati ərazi dairəsinin mərkəzi. Kənd Göylər bələdiyyəsinə aiddir.
| Göylər Dağ | |
|---|---|
| 40°29′42″ şm. e. 48°40′44″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dağlıq Şirvan iqtisadi rayonu |
| Rayon | Şamaxı rayonu |
| Bələdiyyə | Göylər bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 710 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 6462 nəfər (2009) |
![]() Göylər Dağ | |
Coğrafiyası
Göylər Dağ kəndi rayon mərkəzindən — Şamaxı şəhərindən 17 km cənubda, Çöl Göylər kəndindən 10 km məsafədə, Ləngəbiz silsiləsinin şimal ətəyində yerləşir.
Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə Göylər Dağ, Acıdərə, Çöl Göylər, Yenikənd kəndləri daxildirlər, Göylər Dağ kəndi isə bu kənd inzibati ərazin dairəsinin mərkəzidir.
Tarixi
Oykonim bu ərazidə məskunlaşmış səlcuqların salur tayfasına mənsub "göglər" qolunun adı ilə əlaqələdir. Oykonim Göylər/Göglər (etnotoponim) və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, "dağlıq ərazidə olan Göylər kəndi" deməkdir.
Sovet vaxtında 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsündə Göylər Dağ kəndi Şamaxı rayonunun Göylər kənd Sovetinin mərkəzi olaraq qeyd olunur. Kənd əhalisi heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul idi. Kənddə şərab zavodu, orta və səkkizillik məktəb, kitabxana. mədəniyyət evi, kinoqurğu, xəstəxana var idi.
Hal hazırda, Göylər Dağ kəndi Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Əhalisi
1981-ci il üçün kəndin əhalisi 4952 nəfər olmuşdu. 2009-cu il üçün kəndin əhalisi təqribən 6462 nəfər təşkil edirdi. 2017-ci ildə kəndin əhalisi 7452 nəfər təşkil edirdi.
İqtisadiyyatı
Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldu. Kənddə 2 tam orta məktəb, mədəniyyət evi, kitabxana, poçt, ATS, xəstəxana var. Həmçinin, kənddə 1860 təsərrüfatı var.
Tarixi abidələri
Kənddə Orta əsrlərə aid köhnə qəbiristanlıq, Pir körpüsü, Ənöv piri, Pir Mərdəkan xanəgahı (12 əsr), türbə (13 əsr) var. Qalacıq yaşayış yeri (3–13 əsrlər) ətraf ərazidə yerləşir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, göylərdağ sözünün mənası, göylərdağ haqqında məlumat. göylərdağ nədir? göylərdağ nə deməkdir?
