Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xose Madraso (isp. José de Madrazo; 22 aprel 1781[…], Santander – 8 may 1859[…], Madrid) — İspaniya rəssamı və qravürçüsü. Həm barokko, həm də neoklassisizm üsl

Xose Madraso

  • Ana Səhifə
  • Vikipediya
  • Xose Madraso

Xose Madraso (isp. José de Madrazo; 22 aprel 1781[…], Santander – 8 may 1859[…], Madrid) — İspaniya rəssamı və qravürçüsü. Həm barokko, həm də neoklassisizm üslubunda əsərlər yaratmışdır. Oğlu Federiko Madraso, nəvəsi Raymundo Madrasodur.

Xose Madraso
José de Madrazo y Agudo
Doğum tarixi 22 aprel 1781(1781-04-22)[…]
Doğum yeri
  • Santander, Kantabriya, İspaniya
Vəfat tarixi 8 may 1859(1859-05-08)[…] (78 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Milliyyəti ispan
Fəaliyyəti rəssam, litoqraf
Təhsili
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d]
Janr portret
Stil neoklassisizm
Tələbələri Leon Bonnat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Madraso Qregorio Ferronun şagirdi olmuşdur. Ferro rəssama Anton Rafael Menqsin stil və texnikasını San Fernandodakı İncəsənət Akademiyasında öyrətmişdir. 1803-cü ildə Parisdə Jak-Lui David ilə işləmişdir. Bu zaman neoklassisizmə daha da yaxınlaşmışdır. Həmin il Jan Ogüst Dominik Enqr ilə dost olmuşdur.

Roma

1806-cı ildə müəllimi David Madrasonu Romaya gedib klassik rəsm əsərləri ilə tanış olmağa razı saldı. Romanın San Lukas Akademiyasında işləyərkən çəkdiyi "Viriatonun ölümü" tablosu böyük uğur qazanmışdır. Fransanın İspaniyanı işğal etməsindən sonra Jozef Bonaparta qarşı olan digər ispan rəssam dostları ilə bir müddət Romadakı Sent Anqelo qəsrində, daha sonra İspaniya səfirliyində həbsdə olmuşdur. Orada Napoleon Bonapartın sürgün etdirdiyi İspaniya kralı VII Karlos və arvadı Parmalı Mariya Luiza ilə tanış olmuşdur.

2 sentyabr 1809-cu ildə rəssam Silesio Tadeusz Kanstın qızı Elizabet Kuntz ilə Romada evlənmişdir. 1813-cü ildə Karlosun rəsmi rəssamı olmuşdur. Romada əsasən oradakı həyatdan bəhs edən rəsmlər çəkmişdir.

1815-ci ildə Yoahim Müratın Romaya girməsindən sonra Karlos və ətrafındakılar ondan uzaqlaşmalı olmuşdular. Buna görə Madrası kral rəssamı statusunu itirmişdir.

Qayıdış

Napoleon Bonapartın düşüşü VII Fernandoya böyük güc qazandırmışdı. 1818-ci ildə Xose Madraso Karlosun kolleksiyası ilə İspaniyaya qayıtmışdır. Rəssam Prado muzeyini yenidən təşkil etmişdir. Muzey kataloqunun hazırlanmasında şəxsən özü maraqlanmış və kataloqun hazırlanma prinsipini hazırlamışdır.

1823-cü ildə San Fernando İncəsənət Akademiyasında, sonra Prado muzeyində idarəçi olmuşdur. Madrasodan sonra oğulları və nəvələri də onun yolu ilə getmişdir.

Əsərləri

  • Viriatonun ölümü
    Viriatonun ölümü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xose madraso sözünün mənası, xose madraso haqqında məlumat. xose madraso nədir? xose madraso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Xoşxəbər (İğdır)

  • Fevral 27, 2026

    Alberto Cakometti

  • Fevral 27, 2026

    Tekila

  • Fevral 27, 2026

    Sanqalan

  • Mart 06, 2026

    Qivami Mütərrizi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst