Şərqi Folklend (ing. East Falkland, isp. Isla Soledad) — Folklend adaları arxipelaqının tərkibinə daxildir. Adanın qərbində yerləşən Qərbi Folklend adasından onun Folklend boğazı ayırır. Atlantik okeanın cənubunda yerləşir. Adanın şimal-şərqində Folklend adalarının paytaxtı olan Port-Stenli şəhəri yerləşir. Adalara Argentina iddia edir
| Şərqi Folklend adası | |
|---|---|
| ing. East Falkland, isp. Isla Soledad | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 6605 km² |
| Hündür nöqtəsi | 705 m |
| Əhalisi | 2.786 nəfər (2006-cı il) |
| Yerləşməsi | |
| 51°48′14″ c. e. 58°47′24″ q. u.HGYO | |
| Ölkələr | |
| Akvatoriya | |
| [[Fayl:|280px|class=notpageimage noviewer|Şərqi Folklend adası xəritədə]] Şərqi Folklend adası | |

Coğrafiyası
Arxipelaqın ən iri adasıdır, sahəsi 6605 km²; sahil xətdinin uzunluğu 1036,9 km təşkil edir. Adanın cənub və şimal eni 2,4 km olan bərzəx birləşdirir.
Adanın şimalı təpəlikdir və burada adanın və arxipelaqın ən hündür nöqtəsi yerləşir. Asborn dağı 705 metr hündürlüyə malikdir.
Əhali və iqtisadiyyat
Şərqi Folklen adasının əhalisi 2006-cı il məlumatına əsasən 2786 nəfər təşkil edir (Arxipelaqda yaşıyan əhalinin 94 %). İqtisadiyyatın əsaslarını qoyunçuluq, balıqçılıq və turizm təşkil edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şərqi Folklend haqqında məlumat. Şərqi Folklend nədir? Şərqi Folklend nə deməkdir?