Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çöl Göylər (əvvəlki adı: Göylər Çöl) — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd.

Çöl Göylər

  • Ana Səhifə
  • Vikipediya
  • Çöl Göylər

Çöl Göylər (əvvəlki adı: Göylər Çöl) — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd. Kənd Göylər bələdiyyəsinə aiddir.

Çölgöylər
40°25′37″ şm. e. 48°36′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Göylər bələdiyyəsi
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 312 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5622
Xəritəni göstər/gizlə
Çölgöylər xəritədə
Çölgöylər
Çölgöylər

Mündəricat

Coğrafiyası

Çöl Göylər kəndi rayon mərkəzindən — Şamaxı şəhərindən 30 km cənubda, kənd inzibati ərazi dairəsinin mərkəzi — Göylər Dağ kəndindən 10 km məsafədə, Ləngəbiz silsiləsinin cənub-qərb ətəyində, Şirvan düzündə yerləşir.

Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə Göylər Dağ, Acıdərə, Çöl Göylər, Yenikənd kəndləri daxildirlər, Göylər Dağ kəndi isə bu kənd inzibati ərazin dairəsinin mərkəzidir.

Tarixi

Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, "Göylər Çöl" oykoniminin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. Lüğətdə qeyd olunur ki, XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (çöllükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Lüğətə əsasən, oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir.

Sovet vaxtında 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsündə Şamaxı rayonunun Göylər kənd Sovetinin tərkibində Göylər Çöl kəndi qeyd olunur. Kəndin əhalisi taxılçılıq və heyvandarlıqla məşğul idi. Kənddə səkkizillik və ibtidai məktəb, tibb məntəqəsi var idi.

Hal hazırda, Çöl Göylər kəndi Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə daxildir.

İqtisadiyyatı

Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə tam orta məktəb, klub var.

Əhalisi

1981-ci il üçün kəndin 400 nəfər əhalisi olmuşdur. 2011-ci il üçün kəndin əhalisi 312 nəfər təşkil edirdi.

Tarixi abidələri

Kənddə çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbağdad türbəsi, qəbiristan var. Qalacıq yaşayış yeri (3–13 əsrlər) ətraf ərazidə yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çöl göylər sözünün mənası, çöl göylər haqqında məlumat. çöl göylər nədir? çöl göylər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Peç

  • Fevral 27, 2026

    Sapfir

  • Fevral 27, 2026

    Rucervus

  • Mart 02, 2026

    Damn

  • Fevral 27, 2026

    III Tiqlatpalasar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst