Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Vətəndaş A" – Azərbaycan teleserialı. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə adaptasiya edilərək çəkilmişdir.

Vətəndaş A

  • Ana Səhifə
  • Vikipediya
  • Vətəndaş A

"Vətəndaş A" – Azərbaycan teleserialı. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə adaptasiya edilərək çəkilmişdir.

Vətəndaş A
Janr Dram
Əsaslanır Cəfər Cabbarlının "Almaz" əsəri
Rejissor Elvin Rüstəmzadə
Operator Vasif Vəlizadə
Prodüser Sevinc Əliyeva
Ssenarist Asiman Ağa Rövşən
Rollarda Qurban İsmayılov
Günəş Mehdizadə
Şamil Süleymanlı
Nəsibə Eldarova
Şövqi Hüseynov
Bəstəkar Vüqar Məmmədzadə
Rəssam Vüqar Qurbanov
İstehsalçı ölkə Azərbaycan Azərbaycan
İl 2024
Studiya SFN Film
Dil azərbaycanca
İlk çıxış tarixi 21 sentyabr 2024
Növü teleserial
Rəng rəngli
Mövsüm sayı 1
Seriya sayı 12
Telekanal İctimaiTV
IMDb ID4306822
Vətəndaş A - 1ci Bölüm

Dram janrında olan serial, "SFN film" studiyası istehsal etmişdir və 21 sentyabr-7 dekabr 2024-cü ildə İTV-də yayımlanmışdır.

Mündəricat

Məzmun

Teleserial vətəndaşın kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini vurğulamağı və vətəndaş kimliyinin formalaşmasında təhsilin həlledici əhəmiyyətini göstərməyə çalışır. Filmin baş qəhrəmanı Almaz (Günəş Mehdizadə) Bakıdan Abdalbəyli adlı ucqar dağ kəndində məktəbdə işləməyə təyinat almış tarix müəllimidir. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlar, özbaşınalıqlar, həmçinin qadın hüquqları uğrunda mübarizə aparır.

İstehsalı

"SFN Film" şirkəti tərəfindən istehsal olunub. Serialın ssenarisini Asiman Ağa Rövşən Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazmışdır. Lakin ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən tamam fərqlidir. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılmışdır.

Teleserialın çəkilişlərinə 2023-cü ilin başlanılıb və 2024-cü ildə yanvar ayında yekunlaşıb. Serialdan ilk fraqmentlər isə 19 may 2024-cü ildə yayımlanıb. Çəkilişlər Daşkəsənin Bayan kəndində, Şamaxı və Bakı şəhərlərində baş tutmuşdur. Ekran işinin ilk bölümündə Almazın rayona gəldiyi avtobus səhnəsi üç bölgədə – Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb. Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.

Çəkiliş heyəti

Yaradıcı heyət

Rol Adı
Prodüser Sevinc Əliyeva
Ssenari müəllifi Asiman Ağa Rövşən
Qurluşçu rejissor Elvin Rüstəmzadə
Operatorlar Vasif Vəlizadə
Çingiz Qulaməliyev
Bəstəkar Vüqar Məmmədzadə
Səs rejissoru Nadir Mahmudov
Səs operatoru Emin Mahmudov
Qurluşçu rəssam Vüqar Qurbanov
Montaj Ruslan Hümmətov
Vəsfi Bulud
Gaffer Məhəmməd Əhmədov
Rəng korreksiyası Etka Kızıltepe
Geyim Ülviyyə Verdiyeva
Qrim Samirə Mustafayeva
Nərmin Hacıyeva
İcraçı Orxan Cahangir

Rollarda

Rol Aktyor/Aktrisa
Almaz Günəş Mehdizadə
Hacı Əhməd Qurban İsmayılov
Sadıq müəllim Şamil Süleymanlı
Səid Elsevər Rəhimov
Fərqanə Zəhra Əlisoy
Səadət Zülfiyyə Qurbanova
Vidadi Niyaz İlyasoğlu
İqbal Əlibəy Məmmədli
Yunis Eltəkin Xan
Dadaş Emil Həmidov
şair Dünyamalı Rauf Şahsuvarov
Fəttah Şövqi Hüseynov
Ülvi (Fərqanənin atası) Anar Səfiyev
bələdiyyə sədri Cümşüd Oqtay Mehdiyev
Validə Nəsibə Eldarova
Gülzar Nigar Mürsəlova
Cabbar (Fərqanənin babası) Ötkəm İsgəndərov
Təvəkkül Rasəf Mehdiyev
Təranə müəllimə Xalidə Əliməmmədova
Fəqan Elşad Şirinov
İsmayıl Toğrul İsabəyli
Əşrəf Orucov
müəllim Elnur Axundov
Cavid Baba
çoban Vaqif Kərimov
notarius Rüstəm Rüstəmov

Seriya siyahısı

№BaşlıqOrijinal yayım tarixi
1 "1-ci bölüm" 21 sentyabr 2024 (2024-09-21)
2 "2-ci bölüm" 28 sentyabr 2024 (2024-09-28)
3 "3-cü bölüm" 5 oktyabr 2024 (2024-10-05)
4 "4-cü bölüm" 12 oktyabr 2024 (2024-10-12)
5 "5-ci bölüm" 19 oktyabr 2024 (2024-10-19)
6 "6-cı bölüm" 26 oktyabr 2024 (2024-10-26)
7 "7-ci bölüm" 2 noyabr 2024 (2024-11-02)
8 "8-ci bölüm" 9 noyabr 2024 (2024-11-09)
9 "9-cu bölüm" 16 noyabr 2024 (2024-11-16)
10 "10-cu bölüm" 23 noyabr 2024 (2024-11-23)
11 "11-ci bölüm" 30 noyabr 2024 (2024-11-30)
12 "12-ci bölüm" 7 dekabr 2024 (2024-12-07)

Həmçinin bax

  • Almaz (film, 1936)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vətəndaş a sözünün mənası, vətəndaş a haqqında məlumat. vətəndaş a nədir? vətəndaş a nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İctimaiyyətlə əlaqələr

  • Mart 01, 2026

    Korporativ idarəetmə

  • Fevral 27, 2026

    Sparta

  • Fevral 27, 2026

    Azərbaycan Qran-prisi

  • Fevral 27, 2026

    Time

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst