Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti

Qurban İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban İsmayılov

Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Qurban İsmayılov
Qurban İbrahim oğlu İsmayılov
Doğum tarixi 12 iyun 1960 (65 yaş)
Doğum yeri Ağcabədi, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20122012"Sənətkar" medalı

Mündəricat

Həyatı

Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S. Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.

9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb. 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

  1. Leyli və Məcnun (M. Füzuli) — müəllif
  2. Qurbanəli bəy (C. Məmmədquluzadə) — Qurbanəli bəy
  3. Ölülər (C. Məmmədquluzadə) — Hacı Həsən ağa
  4. Hamlet (V. Şekspir) — Hamlet
  5. Maqbet (V. Şekspir) — Maqbet
  6. Yay gecəsində yuxu (V. Şekspir) — Gövdə Nik
  7. Tədbirə qarşı tədbir (V. Şekspir) — komendant
  8. Qətl günü (Y. Səmədoğlu) — Doktor Mahmud
  9. Generalın son əmri (V. Səmədoğlu) — Stalin
  10. İntihar (V. Səmədoğlu) — Aşot
  11. IV Kin (Q. Qorin) — Edmund Kin
  12. Nerostratı unudun (Q. Qorin) — Nerostrat
  13. Bir az gəlirmisiz (Ə. Nesin) — Mateh usta
  14. Şah İsmayıl və yaxud hamı səni sevənlər burdadı (K. Abdulla) — professor
  15. Kim dedi ki, simurğ quşu var imiş (K. Abdulla) — kapitan
  16. Yaşayan ömür (T. Qurban) — Hacı Zeynalabdin Tağıyev
  17. Şeyx Sənan (H. Cavid) — Platon
  18. Hekayəti-xırs-quldurbasan (M. F. Axundov) — divanbəyi
  19. Viktoriya (K. Hamsun) — müəllim
  20. Axır ki, qurtardı (P. Turrini) — kişi
  21. Romeo və Cülyetta (V. Şekspir) — Lorenso
  22. Mən gəldim, qızlar (L. Nuren) — D
  23. Konnemarada bir kəllə (M. Makdonax) — Mik Daud
  24. Xortdanın cəhənnəm məktubları (Ə. Haqverdiyev) — dərviş

Filmoqrafiya

  1. Altı nömrəli palata (film, 1994)
  2. Güllələnmə təxirə salınır! (film, 2002)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Lal (film, 2003)
  5. Oyun (film, 2003)
  6. Girov (film, 2005)
  7. Yalan (film, 2005)
  8. Rami (film, 2007)
  9. Günaydın, mələyim! (film, 2008)
  10. Qala (film, 2008)
  11. Teatral həyat (film, 2009)
  12. İstanbul reysi (film, 2010)
  13. Tabutçunun yelləncəyi (film, 2012)
  14. Dərvişin qeydləri (film, 2013)
  15. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  16. Aydın
  17. Çaqqal nəfəsi (film, 2013)
  18. Rəssam (film, 2015) (qısametrajlı bədii film)
  19. Yarımçıq xatirələr (film, 2015)
  20. 100 kağız (film, 2015)
  21. Əli və Nino (film, 2015)
  22. Xeyirlə şərin rəqsi (film, 2015)
  23. Ayaqqabı əməliyyatı (film, 2016)
  24. Ata ocağı (film, 2017) (bədii serial)
  25. Nar bağı (film, 2017)
  26. Son iclas (film, 2018)
  27. Əlvida, Şmidt! (film, 2019)
  28. Olimpia (film, 2021)
  29. Suğra və oğulları (film, 2021)
  30. Mərmər soyuğu (film, 2022)
  31. Bu şəhərdə kimsə yoxdur (serial)
  32. Vətəndaş A (serial, 2024)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qurban i̇smayılov sözünün mənası, qurban i̇smayılov haqqında məlumat. qurban i̇smayılov nədir? qurban i̇smayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    İmarət Qərvənd

  • Fevral 27, 2026

    Sorbonna Universiteti

  • Fevral 27, 2026

    Ev atı

  • Mart 02, 2026

    Riştə Xətayi

  • Mart 01, 2026

    İstehsal amilləri

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst