Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bayan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Gora

Bayan (Daşkəsən)

  • Ana Səhifə
  • Vikipediya
  • Bayan (Daşkəsən)

Bayan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.

Bayan
40°33′16″ şm. e. 46°09′22″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.086 nəf. (2009)
Bayan xəritədə
Bayan
Bayan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.

Tarixi

Bayan kəndində XV əsrə aid məbəd — Çiçərvəng bazilikası

XIX əsrdə Bayan kəndi dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında yer alırdı.

Tarixi abidələri

Bayan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4181 Məbəd XV əsr Bayan kəndi Memarlıq Yerli
4182 Körpü XV əsr Bayan kəndi,
Quşqara çayının üzərində
Memarlıq Yerli
4183 Körpü XIX əsr Bayan kəndi,
Quşqara çayının üzərində
Memarlıq Yerli
4184 Kilsə 1863-cü il Bayan kəndinin
3 kilometrliyində
Memarlıq Yerli
4185 Monastır 1823-cü il Bayan kəndinin
3 kilometrliyində
Memarlıq Yerli

Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir.

Alban məbədləri maraqlı tikinti və arxitektura quruluşuna görə diqqəti cəlb edir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də qamaqdadır. Hər 3 məbəd kəndin yüksək ərazilərində inşa olunub. Məbədlərin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbədlər həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün həmin məbədlərin damında ocaqlar qalanıb. Bununla da əhali düşmənə qarşı səfərbər olub. Bu abidələr böyük tarixi əhəmiyyətə malikdr. Abidələrin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur. Abidələr indiyədək öz görkəmini saxlaya bilib. Hər üç məbəd rayonun tarixi abidələri siyahısında qeydiyyatdadır.

Coğrafiyası və iqlimi

Çay Qoşqarçayın sol sahilində, dağ ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1982 1007 975
2009 ↗2086 ↗1066 ↗1020

Tanınmış şəxsləri

  • İsmixan Didərgin (1933–1994) — şair, jurnalist, müəllim.
  • Haqverdi Talıboğlu (1930–2018) — şair, aşıq, müəllim.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Bayan kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Sovet hakimiyyəti illərində kənddə mərmər, müxtəlif filiz mədənləri fəaliyyət göstərirdi. Lakin hazırda bu mədənlərin bir çoxu istifadə olunmur.

Mədəniyyəti

Kənddə Almabağı və Bayan kənd kitabxana filialları, Bayan kənd Mədəniyyət Evi, Bayan kənd klubu fəaliyyət göstərir.

Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan və "Mən ki, gözəl deyildim" povesti əsasında ekranlaşdırılan eyniadlı filmin əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib.Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan "Qocalar, qocalar..." filminin əksər kadrları da bu kənddə çəkilmişdir.

Təhsil

Kənddə Daşkəsən rayon Bayan kənd M.Mustafayev adına tam orta məktəb və Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Bayan kənd həkim məntəqəsi yerləşir.

Şəkillər

  • Daşkəsən rayonunun Bayan kəndində evlər
    Daşkəsən rayonunun Bayan kəndində evlər

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayan (Daşkəsən) haqqında məlumat. Bayan (Daşkəsən) nədir? Bayan (Daşkəsən) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Bud arteriyası

  • Fevral 27, 2026

    Aven-sür-Əlp (rayon)

  • Mart 02, 2026

    Kəşmir problemi

  • Fevral 27, 2026

    Araz FM

  • Mart 01, 2026

    II Konstansi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst