Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası.
| Günəş Mehdizadə | |
|---|---|
| Günəş Raqib qızı Mehdizadə | |
| Doğum adı | Güntegin Raqib qızı Əliyeva |
| Digər adları | Günəş Mehdiyeva Günəş Əliyeva |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Uşağı | 2 |
| Fəaliyyəti | aktrisa |
| Fəaliyyət illəri | 2004-cü ildən |
| Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
| İstiqamət | kino serial |
| Boyu | 1.70 |
Həyatı
Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır.
2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır.
Şəxsi həyatı
2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var.
Mükafatlar və nominasiyalar
2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.
18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Filmoqrafiya
Bədii filmlər
- Xəzər gəlini (film, 2005) — Gənc qız
- Hökmdarın taleyi (film, 2008) — Ağabəyim ağa
- Sübhün səfiri (film, 2012) — Nisə xanım
- Rəssam (film, 2015) — Aygün
- Skripkaçı (film, 2015) — Çətirli qız
- Fədakar (film, 2015) — Fəridə
- Qayıdış (film, 2016) — Həcər
- Yoxdu belə söhbət (film, 2017) — Sara
- The Bra (film, 2018)
- Balıqçının qızı (film, 2019)— Mənzər
- Jara (film, 2019) — Dəniz
- Suğra və oğulları- (film, 2021) — Suğra
- Buzlar əriyəndə (film, 2025)
Seriallar
- Qaranlıqlar çiçəyi (teleserial, 2011) — Lalə
- Miras (teleserial, 2015) — Nura
- Sənin deyil (teleserial, 2016) — Ramilə
- Məryəm (teleserial, 2016) — Məryəm
- Yad gəlin (serial, 2020) — Hicran
- Sevginin ünvanı (serial, 2023) — Bəsti
- Vətəndaş A — Almaz
Xarici keçirlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, günəş mehdizadə sözünün mənası, günəş mehdizadə haqqında məlumat. günəş mehdizadə nədir? günəş mehdizadə nə deməkdir?