Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əjdər Mütəllim oğlu İbrahimov (29 aprel 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 20 sentyabr 1993, Moskva) — Azərbaycan kinorejissoru, sse

Əjdər İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Əjdər İbrahimov

Əjdər Mütəllim oğlu İbrahimov (29 aprel 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 20 sentyabr 1993, Moskva) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi. 1952-ci ildən ÜİK(b)P-nin üzvü olmuşdur.

Əjdər İbrahimov
Doğum tarixi 29 aprel 1919
Doğum yeri Aşqabad, Türkistan MSSR, RSFSR
Vəfat tarixi 20 sentyabr 1993 (74 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Rusiya Rusiya
Həyat yoldaşı Marqarita Maleyeva
Fəaliyyəti rejissor, ssenarist, aktyor
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Üzvlüyü
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 19911991 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19671967 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
"Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
IMDb ID0406536

Mündəricat

Həyatı

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954–1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1955-ci ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün uşaqlar topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi. Beləliklə, 1959–1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradıldı.

Əjdər İbrahimov film çəkilişində

Bakıya qayıtdıqdan sonra o burada "İyirmialtılar" filminin istehsalına başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaratdı. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır.

Azərbaycanın xalq atisti fəxri adına və Dövlət Mükafatına layiq görülüb.

Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Ssenarist Marqarita Maleyevanın həyat yoldaşıdır.

Kitabları

Əjdər İbrahimov bir neçə kitabın da müəllifidirː

  • "Vyetnamda gördüklərim" (1964)
  • "Günəş ağlayır" (1971)
  • "Döyüşən Vyetnamın kino sənəti" (1968)
  • "Tai qəbiləsindən olan qız" (1970)

Adlar və mükafatlar

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 7 iyul 1967
  • "SSRİ xalq artisti" fəxri adı — 28 noyabr 1991
  • "Türkmənistan SSR əməkdar incəsənət xadimi" fəxri adı
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Xalqlar Dostluğu" ordeni
  • "Şərəf nişanı" ordeni
  • "Əmək" ordeni (Vyetnam Demokratik Respublikası)

Əlavələr

  • 1940-cı ildə Aşqabad teatr texnikumunu bitirmişdir.
  • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunu bitirmişdir. (1952)
  • 1952–1954-cü illərdə "Türkmənfilm"də çalışmışdır.
  • 1954–1959 Bakı kinostudiyasında işləyib.
  • 1959–1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib.Vyetnam kinosunu yaradanlardan biridir.
  • 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib.
  • Yazıçı kimi bir neçə kitabın müəllifidir.
  • Moskvada yaşamışdır.
  • Jurnalist və ssenarist Marqarita Maleyevanın həyat yoldaşı olmuşdur.
  • Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
  • 2005-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında rejissor haqqında "Narahat Adam" adlı sənədli film çəkilmişdir.

Filmoqrafiya

  • Firuzə (1953)
  • Xəzərin Şərqində (1953)
  • Bir məhəllədən iki nəfər (film, 1957)
  • Onun böyük ürəyi (film, 1958)
  • İyirmialtılar (film, 1966)
  • Ulduzlar sönmür (film, 1971)
  • Ürək Məsələləri (1973)
  • Qayınana (film, 1978)
  • Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
  • Qəribə adam (film, 1979)
  • Narahat adam (film, 1985)

Haqqında çəkilən filmlər

  • Narahat adam (film, 2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əjdər i̇brahimov sözünün mənası, əjdər i̇brahimov haqqında məlumat. əjdər i̇brahimov nədir? əjdər i̇brahimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bilgəh

  • Fevral 27, 2026

    Muxtar Dadaşov

  • Fevral 27, 2026

    Trabzon

  • Fevral 27, 2026

    Fənni-Sərfi-Türki

  • Fevral 27, 2026

    Maday dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst