Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail İliç Romm (rus. Михаи́л Ильи́ч Ромм; 11 (24) yanvar 1901, İrkutsk, Rusiya imperiyası – 1 noyabr 1971[…], Moskva) — Sovet kinorejissoru. SSRİ xalq artisti

Mixail Romm

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Romm

Mixail İliç Romm (rus. Михаи́л Ильи́ч Ромм; 11 (24) yanvar 1901, İrkutsk, Rusiya imperiyası – 1 noyabr 1971[…], Moskva) — Sovet kinorejissoru. SSRİ xalq artisti (1950).

Mixail Romm
Doğum adı Михаил Ильич Ромм
Doğum tarixi 11 (24) yanvar 1901(1901-01-24)
Doğum yeri
  • İrkutsk, Rusiya imperiyası
Vəfat tarixi 1 noyabr 1971(1971-11-01)[…] (70 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Həyat yoldaşı
  • Yelena Kuzmina
Fəaliyyəti kinorejissor, ssenarist, montajçı[d], teatr rejissoru, kino aktyoru, pedaqoq, publisist, mühazirəçi
Təhsili
  • Moskva Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbi[d] (1917)
Üzvlüyü
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları "Lenin" ordeni — 1938 "Lenin" ordeni — 1967 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1961 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
1-ci dərəcəli "Stalin" mükafatı — 1941 1-ci dərəcəli "Stalin" mükafatı — 1948 1-ci dərəcəli "Stalin" mükafatı — 1949 1-ci dərəcəli "Stalin" mükafatı — 1951 2-ci dərəcəli "Stalin" mükafatı — 1946 SSRİ xalq artisti — 1950 RSFSR əməkdar incəsənət xadimi — 1940 Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı — 1966
IMDb ID0739677

Həyatı

Mixail Romm 1901-ci yanvarın 24-də Rusiyanın İrkutsk şəhərində anadan olub. 1925-ci ildə Ali Bədii-Texniki İnstitutunu bitirərək, heykəltaraş və tərcüməçi ixtisasına yiyələnib. 1930-cu illərdən kino sahəsində işləməyə başlayıb. Əvvəlcə ssenarilər yazır, sonra "Soyuzkino" (indiki "Mosfilm") studiyasında rejissor assistenti işləyib. 1933-cü ildə quruluşçu rejissor kimi fransız yazıçısı Gi de Mopassanın "Gonbul" hekayəsinin motivləri əsasında eyniadlı film çəkir. İlk ekran işi uğur qazanır və bundan sonra rejissor Orta Asiyada sovet hakimiyyətinin qurulması mövzusunda "On üçüncü" filmini lentə alır.

Mixail Romm daha çox Oktyabr inqilabı və Lenin haqqında filmləri ilə məşhurdur. "Lenin Oktyabrda", "Lenin 1918-ci ildə" filmləri vaxtilə sovet kinosunun şedevrləri sayılırdı.

1940–1950-ci illərdə rejissor antifaşizm mövzusuna müraciət edir və bir sıra filmlər çəkir. Bunlardan "Adi faşizm" sənədli, "217 № adam", "Gizli missiya", "Dante küçəsində qətl" və digər bədii filmləri o dövr sovet kinosunun ən seçilən ekran əsərləri idi. "Adi faşizm" sənədli filmi 1965-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən beynəlxalq kinofestivalda mükafat qazanır. Məhz bu film müəllif kinosunun yaranmasına bir təkan olur.

Rejissorun 1961-ci ildə çəkdiyi nüvə tədqiqatçıların həyatından bəhs edən "Bir ilin doqquz günü" filmi Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalda əsas mükafata layiq görülür. Filmdə əsasən elm adamları arasındakı psixoloji münasibətlər önə çəkilib.

Beynəlxalq festivallarda qazandığı müvəffəqiyyət Mixail Rommu yeni filmlər çəkməyə ruhlandırır. Ancaq xəstəlik və uzunmüddətli gərgin iş onu əldən salmışdı. Sənətkar 1971-ci ildə vəfat edir. Onun yarımçıq qalmış "Mən yenə də inanıram", "Dünya bu gün" filmləri ölümündən sonra sənət dostları tərəfindən çəkilib başa çatdırılır.

Sovet kinosunda özünəməxsus sənət məktəbi yaradan Mixail Rommun yetişdirmələri arasında Tengiz Abuladze, Georgi Çuxray, Andrey Tarkovski, Vasili Şukşin kimi görkəmli rejissorlar olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mixail romm sözünün mənası, mixail romm haqqında məlumat. mixail romm nədir? mixail romm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Riçard Porson

  • Mart 01, 2026

    Uzlar

  • Fevral 27, 2026

    Moranlı (Sabirabad)

  • Fevral 27, 2026

    Hibisceae

  • Fevral 27, 2026

    Xloritlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst